Subependimoma

Subependimomalar ependimomaları nadir variantıdır və yüksək differensasiya etmiş ependymal hüceyrələrdən və astrositlərdən təşkil olunmuşdur. Subependimoma mədəcik astarının altında yaranır və mədəcik boşluğuna doğru inkişaf edir. Şiş öz əsasından beyin parenximasına invaziya etmir. Bu şişlər tipik olaraq solid və homogen olur. Buna baxmayaraq iri şişlərdə kalsifikasiya, mikrosistik dəyişikliklər, və qanaxma rast gəlinir. Subependimomalara 50-60% hallarda IV mədəcikdə rast gəlinir. Bu şişlər həmçinin yan mədəciklərdədə inkişaf edə bilir. Simptomatik şişlər daha çox yan mədəciklərdə yaranır və daha az hallarda Silvis su kəməri proyeksiyasında rastlanır.

CT və MR-da IV mədəcik və yan mədəciklərin simptomatik şişləri adətən homogen dens və intens olur. CT-də homogen izodens vəya birqədər hipodens olur.

T2 ağırlıqlı görüntülərdə homogen hiperintensdir.

Kontrastlanma xüsusiyyəti variabeldir.

Subependimomanın differensal diaqnostikası mərkəzi neyrositoma, ependimoma, subependimal giqant hüceyrəli astrositoma ilə aparılır.

2 views

Recent Posts

See All

Mekkel divertikulu

Mekkel divertikulu anadangəlmə instestinal divertikuldur. Mekkel divertikulu distal ileum ətrafında olan omfalomezenterik axarın umbilikal sonluğunun fibroz degenerasiyası hesabına baş verir. Bu, mədə

©2018 by Dr Anar Kazimov