Sidik kisəsinin leiomioması
Sidik kisəsinin leiomioması nadir rast gəlinən xoşxassəli mezenximal şişdir. Bu törəmələr yaxşı marginasiya olunan homogen solid kütlələr şəklində görünürlər. Xəstələrin 75%-i cavan və orta yaşlı insanlardır. Törəmələrin əksəriyyəti kiçik və asimptomatikdir, lakin böyük şişlər hematuriya, təzyiq və obstruksiyon əlamətlər ilə təzahür oluna bilər. Bu şişlərdə mitotik aktivlik, hüceyrə atipiyası və nekroz olmur. Leiomiomalar submukozada yaranırlar intravezikal və ya ekstravezikal böyüyə bilirlər. Sistoskopiyada sidik kisəsinin selikli qişası törəməni örtür.
https://radiopaedia.org/articles/leiomyoma-of-the-urinary-bladder