Serebral venoz infarkt

Serebral venoz infarkt beyin insultunun nadir rast gəlinən formasıdır və daha çox serebral ven trombozuna ikincili olaraq baş verir və çox vaxt qanama ilə təzahür olunur. Serebral venoz infarkt tipik arterial territorialara uyğun gəlməyən, qanaxma ilə müşayiət olunan və ya qanaxma olmayan beyin infarktlarında hesaba alınmalıdır.


Serebral venoz sinus trombozu klinik hallarının 50%-i serebral venoz infarkta və ya qanamaya proqressiya olunur. Venoz sinuslarda tromboz okklüziyaya səbəb olur və nəticədə lokal venoz təzyiq artır, hansı ki, venula və kapilyarların cırılmasına gətirib çıxara bilər. Serebral venalarda qapaqlar olmur.


Artmış venoz təzyiq beynin cəlb olunmuş hissəsinin drenajına təsir edir və beyin qan həcmi artır, perfuzion təzyiq azalır nəticədə oksigen aclığı yaranaraq infarkt özəyi formalaşır.


Radioloji əlamətləri (KT/MRT)

Atipik yerlərdə baş vermiş konflüent infarkt və ya qanamalar, kortikal sparrinq ilə müşayiət olunan infarkt hallarında venoz tromboz hesaba alınmalıdır. Bunlar tipik olaraq parasagital strukturlarda (sagital sinus trombozu), temporoparietal bölgələrdə (tranzverz / siqmoid sinus trombozu) və ya dərin strukturlarda qeydə alınır. Venoz infarktlarda qanama tipik olaraq lezionun mərkəzində başlayır və periferiyaya yayılır.


Mənbə


  1. https://radiopaedia.org/articles/cerebral-venous-infarction?lang=us




0 views0 comments