Serebral ven trombozu

Serebral ven trombozu kəllə qutusunda venoz kanalların okluziyasını ifadə edir və çox nadir rast gəlinən patologiyadır. Bunlara dural ven trombozu, kortikal ven trombozudərin serebral ven trombozu aid edilir. Bu klinik hallar çox vaxt müştərək şəkildə mövcud olurlar və klinik təzahürləri bir-birinə çox oxşar və qeyri-spesifikdir.


Serebral ven trombozu üçün risk faktorlarına hormonal faktor aiddir, belə ki, oral kontraseptiv qəbul edən qadınlarda serebral ven trombozunun yaranma riski ola bilər. Serebral ven trombozu üçün oral kontraseptivlərin qəbulu 50 yaşdan kiçik qadınlarda ən sıx rast gəlinən səbəblər arasında göstərilmişdir. Serebral ven trombozunda heç bir simptom olmayada bilər.


Serebral ven trombozu üçün digər səbəblərə travma, kompressiya törədən kütlə (məs. meningioma), infeksiya - xüsusi ilə mastoid sinus infeksiyası (dural sinus okliziv xəstəliyi) aid edilir.


Ən çox rast gəlinən simptomları baş ağrılarıdır (89-91%), şüur statusunun pozulması, görmənin azalması, ürəkbulanma, qusma aid edilir. Əlamətlər papilla ödemi, kranial sinir iflici, fokal nevroloji defisit, qıcolma və koma kimi təzahür oluna bilər.


Tromboza məruz qalmış venoz seqmentdə lezionun həcmi kollateral venaların yaranmasına bağlıdır. Zəif axın səbəbindən baş verən venoz hipertenziya ödemə, ~50% hallarda venoz infarkta və qanamaya gətirib çıxara bilər.


Yuxarı sagital sinus və ya dominant tranzverz sinus trombozu araxnoid qranulyasiyalarda beyin-onurğa beyni mayesinin absorbsiyasına təsir edə bilər və nəticədə beyin ödeminin artmasına gətirib çıxara bilər.


Radioloji əlamətləri


Kompüter tomoqrafiya

Serebral ven trombozuna şübhə olduqda xəstə ilkin olaraq kontrastsız KT müayinəsinə göndərilməlidir. Bu zaman sinuslarda hiperdens əlamət axtarılmalıdır. Tromb ilk 7-14 gün üçün hiperdens vena və ya hiperdens sinus kimi görünə bilər. Əgər bu əlamət mövcuddursa dəqiq əlamət hesab olunur.


CT venoqram zamanı sinus daxilində dolma deffekti görsənir. Sagital sinusda dolma deffektinin görünməsinə "empty delta" əlaməti deyilir. CTV-nin həssaslığı qızıl standart olan DSA ilə müqayisədə 95% təşkil edir. Dolma deffektləri Pacchionian cisimləri (araxnoid qranulyasiyalarla) ilə qarışdırılmamalıdır, hansı ki, mahiyyətcə bütün dural sinuslarda görülə bilər və xüsusi ilə yuxarı sagital sinus və köndələn sinuslarda sıx rast gəlinir.


Maqnit rezonans tomoqrafiya

Akut laxta T1-də izointens, T2-də hipointens görünür və axın boşluğunu təqlid edə bilər. Yarımkəskin mərhələdə laxta T1-də hiperintens olmağa başlayır. Nevroloji disfunksiya və ya infarkt olmadan da beyin ödemi müəyyən edilə bilər.


MR venoqrafiya axının olmamasını göstərəcək. Serebral ven trombozuna şübhə olduqda 2D TOF venoqrafiya rutin olaraq icra edilməlidir. Kontrastlı MR venoqrafiya müayinəsi dural venoz sinus trombozunu müəyyən etməkdə TOF venoqrafiya müayinəsindən daha həssasdır. Hipoplastik dural sinusları və zəif axın sahələrini qiymətləndirmək 2D TOF venoqrafiya müayinəsində əsas problem kimi qalmaqdadır.


Serebral venoz tromboz 50% hallarda venoz infarkta proqressiya olunur. Arterial infarktlardan fərqli olaraq venoz infarktlar adətən bir neçə gün sonra təzahür olunur.


Serebral ven trombozundan sonra dural arteriovenoz fistula və artmış CSF təzyiqi yarana biləcək mümkün ağırlaşmalar kimi rapor edilmişdir.


Mənbə


  1. https://radiopaedia.org/articles/cerebral-venous-thrombosis


Recent Posts

See All

Dural sinus okluziv xəstəliyi

Dural sinus okluziv xəstəliyi dural sinus trombozunun infeksiyalaşmasıdır (tromboflebit). Xəstələr tipik olaraq kəskin baş ağrıları, yüksək temperatur, Dorello kanalının cəlb olunmasına ikincili olara

Dural arteriovenoz fistula

Dural arteriovenoz fistula dural venoz sinus divarında dural arteriyalarla təchiz olunan arteriovenoz şuntlardır. Bu zaman arterial qan venoz sistemə birbaşa keçir. AVM-lərdən fərqli olaraq dAVF-lalar

Serebral venoz infarkt

Serebral venoz infarkt beyin insultunun nadir rast gəlinən formasıdır və daha çox serebral ven trombozuna ikincili olaraq baş verir və çox vaxt qanama ilə təzahür olunur. Serebral venoz infarkt tipik