MR perfuziya və MR angioqrafiya

Perfuziya ağırlıqlı görüntüləmə və MR angioqrafiya müayinələri damarlarda qanın axınını xəritələyir. MR angioqrafiya makroskopik vaskulaturanı (stenoz, anevrizma, disseksiya, damar malformasiyaları) öyrənməyə imkan verdiyi halda, perfuziya ağırlıqlı görüntüləmə kapilyar səviyyəsində mikroskopik axını təyin edir, hansı ki, dəyişiklikləri hüceyrə səviyyəsində öyrənməyə yardımcı olur.

Perfuziya tipik olaraq ml/100 g toxuma/min ilə ölüçülür.

Normal boz maddə 50-60 ml/100g/min sürətində perfuziya olunur.


Beyin toxumasının perfuziyasının qiymətləndirilməsində və kəmiyyətləndirilməsində 3 əsas parametrlər mövcuddur – beynin qan axını (CBF), beynin qan həcmi (CBV) və ortalama transit zamanı (MTT).

CBV – hər hansı bir zamanda verilmiş toxuma miqdarında qanın həcmidir (ml/g).

CBF – müvafiq zaman vahidində müəyyən toxuma miqdarından axan qanın miqdarıdır (ml/g per min).

CBV/CBF=MTT (vahidləri dəqiqələr).


Kontrast mexanizmlərinin tipindən asılı olaraq perfuziya görüntüləmə texnikaları iki geniş qrupa bölünür:

1. Gadolinium kimi ekzogen agentlərin parenteral yolla yeritdikdən sonra siqnalın monitorinqi

2. Endogen kontrast agentlər.


Perfuziya görüntüləməsinin təməl konsepti yeridilmiş kontrast maddənin vaskulyar tranziti zamanı siqnal dəyişikliklərinin vizualizasiyası və quantifikasiyasına əsaslanır. Bu üsulda sürətli T2* həssas görüntüləmə texniklərindən, məs. EPİ-dən istifadə olunur.


Beyin şişlərində perfuziya ağırlıqlı görüntüləmənin əsas avantajları:

- differensial diaqnostika

- biopsiyanın planlaşdırılması

- müalicənin monitorinqi

Ocağın peritumoral bölgəsində perfuziyanın artması daha çox qliomalar üçün xarakterikdir, nəinki mts vəya I dərəcəli meningioma.

21 views

©2018 by Dr Anar Kazimov