Onkositoma

Renal onkositoma xoşxassəli şişdir. Onkositoma, böyrək hüceyrəli xərçəngdən spesifik genetik fərqləri olan solid şişdir.

Bunlar solid, kontrastlanan kütlə kimi görünürlər və xarakteristikalarının çoxu böyrək hüceyrəli xərçəngə bənzərdir. Faktiki olaraq, onkositomaların görünüşü, tipik olduğu hallarda, böyrək hüceyrəli xərçəngin görünüşündən differensə oluna bilməz. Onkositomaların ölçüləri müxtəlif olur və müxtəlif yaş qruplarında baş verir. Ən çox kişilərdə rast gəlinir. Onkositomaların çoxu, təxminən 80% hallarda asimptomatikdir, lakin az bir qismi hematuriya və ağrı ilə təzahür oluna bilər. Onkositomalar nadir şişlərdir, amma simptomatik xəstələrlə müqayisədə, təsadüfi aşkar olunan böyrək kütlələri arasında onların rast gəlmə tezliyi yüksəkdir. Onkositomalar nadir hallarda çoxsaylı və bilateral ola bilərlər. Buna baxmayaraq, hətta belə hallarda nefron-sparring əməliyyatı mümkündür. Xəstələrin 4%-də metaxron lezyonlar ola bilər. Bilateral renal onkositomatoz çox nadirdir.

Prekontrast CT müayinəsində onkositomalar böyrək parenximasına nisbətdə bir qədər hipodens, tipik olaraq solid, aydın kənarlı şişlərdir. İntravenoz kontrast maddə vurulduqdan sonra onkositomalar adətən homogen kontrastlanırlar. Şişin ətrafında kapsula ola bilər. Ölçülərindən asılı olmayaraq bəzi şişlərdə şaxəli görünüşə malik, aşağı sıxlıqlı mərkəzi çapıq görünə bilər. Çapıq adətən kontrastlanmır. Təəssüflər olsun ki, böyrək hüceyrəli xərçənglərdəki mərkəzi nekrotik sahə, bəzən onkositomaların çapığını təqlid edə bilir. 11% hallarda perinefrik piy toxumasına renal kapsulyar invaziya ola bilər. Hazırda onkositomaları RCC-dən ayıra bilən spesifik KT əlamətlər yoxdur. Onkositomaya bağlı adenopatiya vəya damar invaziyası olmamalıdır, çünkü o, xoşxassəli şişdir. Mərkəzi çapıq toxumasının olması, kalsifikasiyaların, nekrozun və qansızmanın olmaması onkositoma diaqnozu təklifini verə bilər.

MRT müayinəsi zamanı onkositomalar prekontrast T1 ağırlıqlı aparmalarda böyrək parenximasına görə hipointens siqnal intensivliyi göstərir. Amma onkositomaların 27%-i izointens siqnal göstərir. İntravenoz kontrast maddə yeritdikdən sonra törəmə homogen kontrastlanır. Adətən törəmə T2 ağırlıqlı aparmalarda yüksək siqnal intensivliyi göstərir. Mərkəzi çapıq olanda T2 ağırlıqlı aparmalarda hipointens siqnal intensivliyi göstərir, amma nekroz T2 hiperintens olur. Renal onkositomaların MR xarakteristikası RCC-lərdən fərqləndirilə bilməz. Renal onkositomaların perkutan biopsiyası onları RCC-dən fərqləndirə bilməyə bilər. Onkositomaları xromofob RCC-dən ayırmaq xüsusi çətinlik təşkil edir. Renal adenomada RCC-dən fərqlənmir. İntravenoz kontrast maddə yeritdikdən sonra adenomada RCC və onkositomalar kimi kontrast tuturlar.

Digər solid böyrək şişlərinə fibromalar və leyomiomalar aiddir (daha az hallarda rast gəlinir).

3 views

Recent Posts

See All

Kapsullaşan peritoneal skleroz

Kapsullaşmış peritoneal skleroz akut və ya subakut nazik bağırsaq obstruksiyasının nadir rast gəlinən xoşxassəli səbəbidir. Bu xəstəlik zamanı nazik bağırsaq divarlarını total və ya parsial cəlb edən

Mədəaltı vəzinin kistik lezionları

Mədəaltı vəzinin solid şişləri (məs. adacıq hüceyrəli şişlər və metastazlar), bəzi hallarda kistoz komponentlərə malik olurlar və ya degenerasiyaya uğrayıb kistoz neoplaziyaları təqlid edirlər. Mədəal