Dil xərçənginin MR qiymətləndirilməsi

Updated: Dec 20, 2020

Dilin ağız hissəsi və udlaq hissəsi vardır. Dilin ağız hissəsi ağız boşluğunda sərbəst hərəkət edən hissəsidir və dilin ön 2/3 hissəsini təşkil edir. Dilin udlaq hissəsi isə arxa 1/3 hissəsini təşkil edir. Dilin ağız hissəsini udlaq hissəsindən ayıran circumvallate papillae terminal şırımda yerləşmişdir.


Ümumilikdə dilin dorzal hissəsi, apeksi, aşağı səthi və kökü vardır. Apeks dilin ucunu əmələ gətirir. Dil kökü hioid sümüyə və mandibulaya birləşir.


Dil əzələvi orqandır, intrinzik və ekstrinzik əzələlərdən təşkil olunmuşdur. Dilin intrinzik əzələləri tamamən onun tərkibində yerləşmişdir və onların sümük ilə birləşməsi yoxdur.

Dilin ekstrinzik əzələləri aşağıdakılardır:

  1. Genioglossus

  2. Hyoglossus

  3. Styloglossus

  4. Palatoglossus

Dil şişlərinin əksəriyyəti dilin lateral və aşağı səthində yaranır. Dorzal şişlərə nadir hallarda rast gəlinir və adətən orta xəttə yaxın və arxada yerləşirlər. Dilin ağız hissəsinin şişləri ağız dibinə, orta 1/3 hissəsinin şişləri dilin əzələvi quruluşuna və daha sonra ağız dibinin lateral hissəsinə invaziya edirlər. Dilin arxa 1/3 hissəsini cəlb edən şişlər dilin əzələlərinə, ağız dibinə, anterior tonzillar pillara, dilin əsasına və qlossotonzilar şırıma və mandibulaya yayılır.

Dil kökünün şişləri tonzillar fossaya yayıla bilər. Dilin intrinsik və ekstrinsik əzələləri hipoqlossal sinir ilə innervasiya olunurlar. Palatoqlossus əzələsi isə damaq əzələsi olduğu üçün faringeal pleksus ilə innervasiya olunur.



Genioglossus əzələsi dilin əsas kütləsini əmələ gətirir və dil əzələləri içərisində ən böyük olanıdır. Genioglossus əzələsi genial qabardan başlayır və aşağıdan hyoid sümüyə bağlanır. Genioglossus əzələsi arxadan dil kökünə və yuxarıdan dilin tam ön səthinə bağlanır. Hyoglossus əzələsi hyoid sümüyündən başlanğıc götürən nazik quadrilateral əzələ səhfəsidir. Hyoglossus əzələsi dilin yanlarına bağlanır. Hyoglossus əzələsi dilin lateral kənarlarını əmələ gətirir və MRT-də çətin görünür. Styloglossus və palatoglossus əzələləri MRT-də görünmür. Dilin ucunda limfa mayesi submental düyünlərə drenə olunur. Dilin ağız hissəsinin qalan xarici 1/3 hissəsinin marginal limfası ipsilateral submandibular və jugulodigastric düyünlərə drenə olunur. Dilin ağız hissəsinin daxili 2/3 hissəsinin mərkəzi limfası boyunun hər iki hissəsinin düyünlərinə drenə olunur.


Dil xərçənginin MRT təsvir nümunələri


Birinci klinik müşahidə:


Dilin ön 2/3 hissəsinin sağ yan səthində aşağıdan sağ dilaltı sahənin arxa səthinə uzanan nahamar kənarlı şiş törəməsi qeydə alınır. Törəmə T1ağırlıqlı görüntülərdə izointens, T2 ağırlıqlı görüntülərdə hiperintens və STİR görüntülərində hiperintens görünür. Törəmə medialdan dilin arakəsməsinə uzanır, lakin orta xətti keçərək kontralateral yarısına yayılmır. Törəmə dilin ön hissəsinin intrinsic əzələlərini (genioglossus, mylohyoid və geniohyoid) cəlb edir. Aşağıdan törəmə ağız dibinin sağ lateral hissəsinə və dilaltı sahəyə invaziya edir. Törəmə arxadan pterygomandibular rapheya invaziya edir.


İkinci klinik müşahidə:


Orta xətdə mandibulanın alveolar kənarını cəlb edərək lingual septuma və genioglossus əzələsinə yayılan və sublingual sahəni infiltrə edən şiş törəməsi qeydə alınır. Dilin ön hissəsində genioglossus əzələsində aktiv kontrastlanan şiş törəməsi qeydə alınır və mandibulanın ön alveolar kənarına uzanır, çənə sümüyündə kortikal eroziya və sümük iliyi kontrastlanmasına səbəb olur.








35 views0 comments

Recent Posts

See All

MR enterography

For enterography use one bag of Movicol (13.81 g) in 1.5 L water and let the patients drink it during 45 minutes, for CT as well as for MRI. Of course iv contrast is mandatory.