Meningioma

MSS-də ən çox rastlanan birincili ekstra-aksial şişlər meningiomalardır. Meningiomalar bütün beyin şişlərinin 20%-ni təşkil edir, əsasən orta və yaşlı şəxslərdə rastlanır. Meningiomalar solid və yaxşı çevrələnmiş hipersellülar şişlərdir. Bu şişlər yavaş böyüyür və adətən xoşxassəli təbiətlidir (grade I). Meningiomalar bəzən sferik, bəzən lobulyar, yastı və bəzən də geniş əsaslı formalara malik olurlar.

  1. Meningiomalar meninkslərin araxnoid qatlarında yaranan neoplastik meninqotel hüceyrələrdən təşkil olunmuşdur və duraya geniş əsasda birləşmişdir.

  2. Çox vaxt duradan daxilə doğru proyeksiya olunaraq beyni sıxırlar. Korteksin sıxılması nevroloji simptomlar törədir.

  3. Meningiomalara bütün yaş qruplarında təsadüf olunur.

  4. Kişilərlə müqayisədə meningiomalar çox vaxt qadınlarda qeydə alınır.

  5. İrsi tumor sindromlarına (NF2) bağlı meningiomalar ümumiyyətlə cavan şəxslərdə rastlanır və cinslər arasında üstünlük göstərmir.

  6. Meningiomalar çox vaxt frontal və parietal konveksitələrdə, parasagital nahiyədə falx cerebri ilə yaxın bağlılıqda yaranırlar. Meningiomaların 50%-i məhs bu yerlərdə rast gəlinir. 35% hallarda meningiomalar sfenoid qanadda, olfaktor çuxurda, Silvian fissurada və parasellar sahələrdə yaranır. Meningiomaların 10%-dən az hissəsi infratentorial – klivus və petroz piramidləri və tentorium səhfələrini və sərbəst kənarını örtən meninslərdə yaranır.

Multipl meningiomalar nadir hallarda sporadik olur və 6-9 % hallarda NF2 ilə əlaqədar yaranır.

Baxmayaraq ki, meningiomaların çoxu yavaş böyüyür və yaxşı kapsullaşmış qlobulyar kütlələrdir, bu şişlərin şəkil və histoloji variasiyaları ayırd olunur. Meningiomalar duraya vəya dural venoz sinuslara invaziya edə bilirlər.

Sfenoid qanad meningiomalar çox vaxt yastıdırlar (en plaque) və kranial duranın hər iki qatından keçərək sümüyə invaziyaya meyllidir və diqqəti çəkən sümük reaksiyasını provakasiya edirlər. Bu halda sümük qalınlaşır və sklerozlaşır (meningioma sümüyü). Bəzi alimlər bu məsələni kalvarianın havers kanallarının şiş infiltrasiyası kimi qiymətləndirir, digərləri isə belə hiperostozun infiltrasiyasız da yarana biləcəyini söyləyirlər.

Cribriform plate, planum sfenoidale və konveksitədəki meningiomalar tipik olaraq girdədirlər və beyni invaginasiya edirlər. Bunlar da sümük qalınlaşması və sklerozunu stimulə edə bilərlər.

Meningiomaların bəzi fərqli histoloji tipləri var.

Meningiomaların 4-8%-i atipikdir. Bu şişlərdə mitotik aktivlik yüksək olur və nüvə-sitoplazma nisbəti artır.

Ən aqressiv anaplastik və maliqn meningiomalar beyin parenximasına sirayət edə bilərlər (grade III). Bu şişlər çox vaxt yuxarı serebral konvekslərdə və falxda yaranır.

Meningiomaların əksəriyyəti homogen və solid şişlərdir. Buna baxmayaraq meningiomaların 5-15%-də eksiziya zamanı çox güman ki, işemiyaya ikincili nekroz və scarrinq fokusları, mikrokistik dəyişikliklər, vəya ağır lipid depolanma sahələri (lipomatoz, lipoblastik meningioma) görsənir.

Meningiomaların ¾-ü kontrastsız CT-də kəskin çevrələnmiş, girdə, bəzən lobulyar homogen kütlələr şəklində görünür, bir qədər hiperdensdir (40-50 HU). Meningiomaların hiperdens olması hipersellülarlığı ilə bağlıdır, və şiş daxilində psammomatoz dəyişiklikləri əks etdirmir. Meningiomalar dura səthinə geniş və qalın əsasla bağlanırlar. İnvaginasion kütlələr beyni kompressiya və deviasia edir, korteksi yastılaşdırır.

Meningiomaların 40%-də beynin ağ maddəsinin daxilə doğru burulması qeydə alınır. 10%-i kontrastsız CT-də beyin ilə izodens olur. Meningiomalar zamanı 50-75% hallarda beynin ağ maddəsində vazogen ödem olur. Ödemin mexanizmi bilinmir, lakin kompressiv işemiya, venoz staz vəya aqressiv böyümə və pial damarların parasitizasiyasına ikincili olaraq yarana bilər. İntraserebral ödemin varlığı daha zəif proqnoz ilə korrelasiya oluna bilir və şişin rezektabellini aşağı salır. Meningiomalar parlaq və homogen kontrastlanırlar (sıxlığı 40-dan 50-dək qalxır). Buna baxmayaraq mikrosistik meningiomalar güclü və homogen kontrastlanmaya bilərlər.

5-15% hallarda şiş daxilində fokal kontrastlanmayan sahələr görünə bilər.

Qeyri-dəqiq nahamar şiş kənarları, əsas oval kütlədən göbələkvari şiş kütləsinin kənara uzanımı və şişdən mərkəzdə qabarıq venoz drenajın olması aqressiv anaplastik vəya maliqn meningioma haqqında şübhələnməyə imkan verə bilər.

Meningiomalar kontrastsız MR-da homogendir, T1 ağırlıqlı görüntülərdə 50%-i korteksə görə izo, 50%-i hipointens, T2 ağırlıqlı görüntülərdə 50%-i bir qədər hiperintens, 50%-i izointensdir.

Aparılmış bir çalışmada T2 hiperintensivlik meningiomaların sinsitial və angioblastik tipləri ilə korrelasiya olunub. Fibroblastik və tranzisional meningiomalarda bu hiperintensivlik qeydə alınmayıb. Meningiomalarda kalsifikasiyalar ola bilər.

MRT-də ekstraserebral şişin daxili kənarı ilə, invaginasiya vəya deviasiyaya uğramış korteksin interfeysi 2/3 hallarda beyin-onurğa beyni mayesi yarığının olması ilə vəya beynin pial səthində yerini dəyişmiş arteriya və venaların interpozisiyası ilə təsbit edilir.

Dural tail əlaməti – qalınlaşan və kontrastlanan dural şiş infiltrasiyasını vəya proliferativ dural reaksiyanı ifadə edir. Bunun varlığı rezeksiyada cərrahi müdaxilənin həcminə təsir edir.

Embrioloji olaraq araxnoid qişa xoroid pleksusun yaranmasında iştrak etdiyindən meningiomalara yan mədəciklərin (80%) xoroid pleksuslarında və III mədəcikdə (15%) yarana bilər və mədəciyin lokal genişlənməsinə səbəb olur. Intraventrikulyar meningiomaları xoroid pleksus papillomalarından fərləndirmək lazımdır. Xoroid pleksus papillomaları əsasən yeni doğulmuş uşaqların vəya çox az yaşlı uşaqların yan mədəciklərində yaranır. Xoroid pleksus papillomaları nodulyar irrequlyar kənarlı olmaya meyllidirlər, meningiomalar isə hamar kənarlı girdə törəmələrdir. Xoroid pleksus papillomaları zamanı bütün mədəciklər diffuz şəkildə böyüyür, meningiomalarda isə mədəciklərin fokal böyüməsi qeydə alınır.

#meningioma

Recent Posts

See All

MSS-nin birincili angiiti

MSS-nin vaskulitləri beyin, onurğa beyni və beyin qişalarında qan damarların divarlarını cəlb edən iltihabi xəstəliklərin heterogen qrupunu ifadə edir. MSS-nin vaskulitləri birincili və ikincili ola b

Oliqodendroqlioma

Oliqodendrositlərdən inkişaf edir. İntrakranial qliomaların 15-20 %-ni təşkil edir. Bütün intracranial neoplazmaların 5-10%-ni təşkil edir. İmmunohistokimyəvi müayinədə GFAP neqativdir. Bu şişlər prin

©2018 by Dr Anar Kazimov