Mədəaltı vəzinin seroz kistik neoplazması

Seroz sistadenomalara əksər hallarda qadınlarda rast gəlinir. Ortalama yaş həddi 65 dir. Bu xoşxassəli törəmələrin 70%-i bir neçə (çox vaxt 6-dan çox) kista yığınından ibarət polikistik və ya mikrokistik (arışanı) patternində təzahür olunur. Kistaların ölçüləri bir neçə mm-dən 2 cm-dək dəyişir. Kistaların kompakt düzülüşünə görə bu törəmələr KT müayinəsində solid kütlə kimi görünür. Nazik xarici lobulyasiya sıx rast gəlinən əlamətdir. Venadaxili kontrast maddə yeritdikdən sonra arakəsmələrin və kistaların divarlarının kontrastlanması görünə bilər. 30% hallarda mərkəzi fibroz çapıqda ulduzvari kalsifikasiya görünə bilər. Bu patoqnomik əlamətdir. Bu şişlərdə kalsifikasiya olmayada bilər. Qansızma seroz sistadenomalarda nadir hallarda baş verə bilər.

Eləcə də, nadir hallarda seroz sistadenomaların makrosistik və ya oliqosistik variantlarına rast gəlmək olar. Bu halda bunlar tək bir dominant unilokulyar makrokavitar formada görünür. Bu törəmələr 2 cm-dən kiçik ölçülü kistalar içərə bilər. Bu variantı musinoz kistoz şişdən ayırmaq çətindir.

Çosaylı kistoz sistadenomalar Von Hippel Lindau xəstəliyində görünə bilər.


0 views

Recent Posts

See All

Kapsullaşan peritoneal skleroz

Kapsullaşmış peritoneal skleroz akut və ya subakut nazik bağırsaq obstruksiyasının nadir rast gəlinən xoşxassəli səbəbidir. Bu xəstəlik zamanı nazik bağırsaq divarlarını total və ya parsial cəlb edən

Mədəaltı vəzinin kistik lezionları

Mədəaltı vəzinin solid şişləri (məs. adacıq hüceyrəli şişlər və metastazlar), bəzi hallarda kistoz komponentlərə malik olurlar və ya degenerasiyaya uğrayıb kistoz neoplaziyaları təqlid edirlər. Mədəal

©2018 by Dr Anar Kazimov