Mədəaltı vəzinin limfoması
Pankreasın birincili limfomasına nadir hallarda rast gəlinir və adətən pankreasın baş hissəsində əmələ gəlir. Diaqnoz qoyulanda ortalama ölçüsü 8 cm olur. Bu şişlər iki formada görünə bilir:
Ekstrapankreatik sahəyə yayıkan lokallaşmış kütlə
Pankreasın diffuz böyüməsi, əvəz olunması
Pankreas limfomasının hər iki forması diffuz infiltrativ böyüyür. Peritonarxası strukturları və mədə-bağırsaq traktını infiltrasiya edir.
Kütlə yaradan pankreas limfomaları T1 ağırlıqlı aparmalarda homogen hipointens, T2 ağırlıqlı aparmalarda bir qədər heterogen, hipo-orta siqnal intensivliyinə malik olur.
Diffuz infiltrasiya edici pankreas limfomaları T1 və T2-də hipointens olurlar.
Hər iki forma zəif lakin homogen kontrastlanır.
Limfoma zamanı adətən Virsunq axrı genişlənmir, kalsifikasiyalar və nekroz olmur.