Mədəaltı vəzinin kistik lezionları

Mədəaltı vəzinin solid şişləri (məs. adacıq hüceyrəli şişlər və metastazlar), bəzi hallarda kistoz komponentlərə malik olurlar və ya degenerasiyaya uğrayıb kistoz neoplaziyaları təqlid edirlər.

Mədəaltı vəzinin kistoz lezionlarınının 90%-ni aşağıdakılar təşkil edirlər

  1. Psevdokista – 30-90%

  2. Seroz sistadenoma – 30%

  3. Musinoz sistik neoplaziyalar – 44-49%

  4. İPMN-lər

Kistik lezionlar asimptomatik ola biləcəyi kimi, abdomenalgiya, sarılıq və ya rekurrent pankreatit törədə bilərlər. Bu əlamətlərin varlığı kistoz lezyonların Virsunq axarı ilə əlaqəli olma ehtimalından və ya Virsunq axarının və ya öd yollarının obstruksiyasından xəbər verir.

Psevdokistalar

Psevdokistalar çox vaxt pankreatit keçirmiş xəstələrdə əmələ gəlir və adətən unilokulyar olur.

Seroz sistadenomalar

Seroz sistadenomalara əksər hallarda qadınlarda rast gəlinir. Ortalama yaş həddi 65 dir. Bu xoşxassəli lezyonların 70%-i bir neçə (çox vaxt 6-dan çox) kista yığınından ibarət polikistik vəya mikrokistik (arışanı) patterndə təzahür olunur. Kistaların ölçüləri bir neçə mm-dən 2 cm-dək dəyişir. Kistaların kompakt düzülüşünə görə bu lezyonlar KT müayinəsində solid kütlə kimi görünür. Nazik xarici lobulyasiya sıx rast gəlinən əlamətdir. Venadaxili kontrast maddə yeritdikdən sonra septanın və kistaların divarlarının kontrastlanması görünə bilər. 30% hallarda mərkəzi fibroz çapıqda ulduzvari kalsifikasiya görünə bilər. Bu patoqnomik əlamətdir. Kalsifikasiya olmayada bilər. Seroz sistadenomalarda nadir hallarda qansizmada ola bilər.

Nadir hallarda seroz sistadenomaların makrosistik vəya oliqosistik variantlarına rast gəlmək olar. Bu halda bunlar tək bir dominant unilokulyar makrokavitar formada görünür. 2 cm-dən kiçik ölçülü kistalar içərə bilər. Bu variantı musinoz kistoz şişdən ayırmaq çətindir.

Çosaylı kistoz sistadenomalar Von Hippel Lindau xəstəliyində görünə bilər.

Musinoz sistik neoplaziyalar

Musinoz sistik neoplaziyalar pankreasın kistoz lezyonlarının 44-49%-ni təşkil edirlər. Daha çox qadınlarda rast gəlinir. Orta yaş həddi 47-dir.

Musinoz kistoz neoplaziyaların əksəriyyəti solitardır, multilokulyardır, bir neçə iri kompartmentlərə malikdir (2-6 cm), mikrokistikdir. Musinoz sistik neoplaziyalar tək kompartmentli unilokulyar görünüşə malik ola bilər.

Musinoz sistik neoplaziyaların əksəriyyəti hamar konturlara malikdir. Lobulyar konturlarada malik ola bilər. Ortalama ölçüsü 5 cm-dən iridir (3-20 cm). Qalın fibroz divarları olur. Divarları kalsifikasiyalaşa bilər. Musinoz sistik neoplaziyalar pankreas axarı ilə əlaqələnmirlər. Duktal obstruksiya törədə bilər. 75% hallarda asimptomatik olur. Septa, solid komponent, mural düyün ola bilər. Mural düyün T2-də aşağı siqnal intensivlikli sahə kimi görünür. Kontrastlanır. Kista daxilində bərkimiş musin vəya kalsifikasiya MRCP-də mural düyünü təqlid edə bilər. Hərdən bu kistlərdə debritlər vəya hemorragiyalar olur. KT müayinəsi zamanı periferik yumurta qabığı vəya septal kalsifikasiyalar musinoz sistik lezyonlar üçün spesifikdir və daha çox bədxassəli prosesi proqnozlaşdırır.

İntraduktal papilyar musinoz neoplaziyalar

İPMN-lər pankreasın musin əmələ gətirən şişləridir. Bunlar Virsunq axarının vəya onun yan şaxələrinin epitelindən əmələ gəlir. Müxtəlif dərəcəli duktal dilatasiyaya səbəb olur. Proqnozu nisbətən yaxşıdır. İPMN-lər kistoz pankreas neoplaziyalarının 21-33%-ni təşkil edirlər. Fasilələrlə duktal obstruksiya ola bilər. Ən çox rast gəlinən simptomlar rekurrent abdominalgiyadır. Xroniki obstruksiya endokrin və ekzokrin çatmamazlıq yaradaraq steatoreyaya və diabetus mellitusa gətirib çıxara bilir. Anatomik olaraq İPMN-lər 3 yerə bölünür –

  1. Əsas axar İPMN-ləri

  2. Yan şaxə İMPN-ləri

  3. Qarışıq İPMN-lər

Əsas axar İMPN-lər kistoz lezyon kimi təqdim olunmur. Bunlar musin yaradan epitelin intraduktal papilyar hiperplaziyası nəticəsində yaranır. Əsasən pankreasın baş hissəsində yaranır. Bəzən quyruq hissəsində əmələ gəlir. Musin yaratdığına görə Virsunq axarının hissəvi vəya diffuz dilatasiyası baş verir. Bu halda axar musinlə dolu olur. Genişlənmiş Virsunq axarının daxili səthində çox vaxt mural düyünləri içərir. KT vəya MRT Virsunq axarının diffuz vəya seqmentar genişlənməsini göstərir. Polipoid lezyon olada bilər olmayada bilər. Maliqnizasiya riski yüksəkdir.

Yan şaxə vəya qarışıq İPMN-lər (İPMN yan şaxədən Virsunq axarına uzanır) unilokulyar vəya multilokulyar kistoz lezyonlardır. Virsunq axarı ilə əlaqəlidirlər. Axarla əlaqəsinin görünməməsi yan şaxə İPMN-nini inkar etmir. Psevdokistlərdə bəzən axarla əlaqəli ola bilir. İPMN-lərdə kista-axar bitişməsində nazik boyun təzahür olunur. Pankreas başında maliqnant lezyonlar duodenum vəya xoledoxla fistula yarada bilir, cismində vəya quyruq hissəsində olanda isə mədə vəya kolonla fistula yarada bilir.

Qarışıq tip İPMN-lər yan şaxə İPMN-lərinin irəliləmiş formasıdır. Bioloji davranışı əsas axar İPMN-lərinə oxşardır. Maliqnizasiya əlamətləri – Virsunq axarında mural düyünlər, qalın septa, divar kalsifikasiyası, seqmentar vəya diffuz dilatasiya (10 mm-dən çox). 3 cm-dən iri kistlər şübhəlidirlər.

Kontrastlı KT və dinamik MR müayinəsi mural düyünləri vəya papilyar neoplaziyaları kontrastlanma əlamətinə görə musindən differensə edə bilir.

İPMN invaziv ola bilər (duodenuma invaziya, limfadenopatiya, peritoneal depozit və qaraciyər mtsləri).

2 views

Recent Posts

See All

Kapsullaşan peritoneal skleroz

Kapsullaşmış peritoneal skleroz akut və ya subakut nazik bağırsaq obstruksiyasının nadir rast gəlinən xoşxassəli səbəbidir. Bu xəstəlik zamanı nazik bağırsaq divarlarını total və ya parsial cəlb edən

Mədəaltı vəzinin limfoması

Pankreasın birincili limfomasına nadir hallarda rast gəlinir və adətən pankreasın baş hissəsində əmələ gəlir. Diaqnoz qoyulanda ortalama ölçüsü 8 cm olur. Bu şişlər iki formada görünə bilir: Ekstrapan