Mədəaltı vəzinin endokrin şişləri
Mədəaltı vəzinin endokrin şişləri
Funksional endokrin şişlər – 18%-də mərkəzi nekroz olur
Qeyri-funksional endokrin şişlər – 54%-də mərkəzi nekroz olur və 90%-i bədxassəlidir
Funksional endokrin şişlər
İnsulinomalar – pankreasın endokrin şişlərinin 50%-ni təşkil edir. Hipoqlikemiya yarada bilir. Adətən solitar olurlar, 90% hallarda 2 cm-dən kiçik və hipervaskulyar olurlar.
Qastrinomalar – pankreasın endokrin şişlərinin 20%-ni təşkil edir. 50%-i duodenumda yerləşir. Adətən 1 cm-dən kiçik olurlar, çoxsaylı ola bilərlər, insulinomalardan daha az vaskulyardırlar. Zollinger-Ellison sindromunu induksiya edə bilirlər. 30%-i MEN-1 ilə əlaqədardır.
VİPoma – WDHA (watery diareya, hipokaliemiya, axlorhidriya-hipoxlorhidriya) sindromuna cavabdeh ola bilər.
Glukoqonoma – adətən cismində vəya quyruğunda olur.
Qeyri-funksional endokrin şişlər
Bu şişlər adətən mədəaltı vəzinin baş hissəsində olurlar. Adenokarsinoma ilə müqayisədə proqnozu nisbətən yaxşıdır.
Endokrin şişlərin görüntülənməsi
Kiçik ölçülü funksional endokrin şişlər bazal KT zamanı izointens, kontrastlı KT zamanı arterial və portal venoz fazalarda güclü kontrastlanan, kontur deformasiyası törətməyən törəmələr kimi görünürlər. Bəzi hallarda kistoz və az kontrastlanan olurlar və kalsifikasiyaya sahib olurlar, xüsusən əgər bədxassəlidirlərsə. Bəzi insulinomalar prekontrast kəsiklərdədə hiperdens ola bilirlər. İri kontrastlanan endokrin şişlər kontrastdan sonra heterogen görünə bilirlər.
Funksional olmayan endokrin şişlər, adətən iri ölçülü, yaxşı müəyyən olunan kontrast tutan kütlələrdir. Ölçülərinə uyğun heterogendirlər. Pankreasın endokrin şişləri regionar limfa düyünlərinə və qaraciyərə mts verə bilirlər. MTSləri adətən hipervaskulyardır. Arterial fazada kontrastlanır. MRT zamanı endokrin şişlər T1 hipointens, T2 hiperintens olurlar. 2 cm-dən kiçik şişlər homogen kontrastlanırlar. İri ölçülü şişlər üzükvari kontrastlanırlar.
Funksional olmayan şişlərdə qanama, nekroz, kistoz degenerasiyanın olma ehtimalı yüksəkdir.
Differensial diaqnostika
böyrək xərçənginin pankreas metastazları
pankreas adenokarsinoması
Endokrin şişləri adenokarsinomalardan ayırmaq üçün aşağıdakı əlamətlərə diqqət etmək lazımdır.
kalsifikasiyalar
T2 hiperintens siqnal
Mərkəzi nekroz vəya kistoz degenerasiya
Axarın tutulmaması
Damar invaziyasının olmaması