Mədəaltı vəzinin adenokarsinoması
Mədəaltı vəzidə rast gəlinən bədxassəli şişlərin 90%-i adenokarsinomadır.
Adenokarsinomaların prekursorları:
Pankreatik intraepitelial neoplaziya
Intraduktal papilyar musinoz neoplaziyalar
Mədəaltı vəzinin adenokarsinoması intensiv desmoplastik reaksiya ilə bağlıdır, hansı ki, Virsunq axarının obstruksiyasına və pankreas parenximasının atrofiyasına gətirib çıxarır.
Adenokarsinoma peritonarxası sahəni infiltrasiya edərək peritona yayıla bilər. Xəstələrin 75%-də ağrısız sarılıq müşahidə olunur. Pankreas cisminin və quyruğunun şişləri peritonarxası sahəni və sinirləri infiltrasiya etdiyindən xəstələrdə kəskin bel ağrıları ola bilər. Adenokarsinomalarda kalsifikasiyalar və mərkəzi nekroz nadir hallarda baş verir. CA 19-9 həssasdır, lakin spesifik deyil. Pankreas xərçənglərinin 5-10 %-i irsi faktorlar səbəbindən yaranır. Arterial faza pankreas şişlərini aşkar etməkdə suboptimaldır. Dual phase (PP və PVP) pankreatik protokollar törəməni aşkar etməyə həssas teknikdir.
Şişin damarla yarımdairəvi kontaktı artdıqca damar invaziyası ehtimalı artır.
Şişin damarla yarımdairəvi kontaktı 90 dərəcə təşkil edirsə damar invaziyası ehtimalı 3%-dən aşağıdır.
Şişin damarla yarımdairəvi kontaktı 90-180 dərəcə təşkil edirsə damar invaziyası ehtimalı 29-57% dir.
Şişin damarla yarımdairəvi kontaktı 180-270 dərəcə təşkil edirsə damar invaziyası ehtimalı 80% dir.
Şişin damarla yarımdairəvi kontaktı 270 dərəcə vəya daha çox təşkil edirsə damar invaziyası ehtimalı 100%-dir.
Damar invaziyasını göstərən digər vacib kriteriyalar
Tear-drop əlaməti – qapı venasının və ya SMV-nin şəklinə istinad edir
Damarlar ətrafında piy səthlərinin itməsi
Pankreatikoduodenal damarların genişlənməsi
MRT zamanı pankreasın adenokarsinoması
T1 – hipointens
T2 – desmoplastik cavabdan asılı olaraq müxtəlif siqnal intensivliyi
Dinamik kontrastlı – erkən fazada pankreas parenximası ilə müqayisədə daha az kontrastlanır, sonrakı fazalarda proqressiv kontrastlanır.
MRCP – double duct sign görünür (hansı ki ən çox pankreatik vəya ampulyar şişlər zamanı qeydə alınır).
Kütlə əmələ gətirən xroniki pankreatiti pankreasın adenokarsinomasından ayırmaqdan ötrü duct penetrating sign əlamətini axtarmaq lazımdır. Bu əlamətin dəqiqliyi 96% təşkil edir. Bu zaman Virsunq axarının divarları hamar olur və pankreas kütləsinin içində vizualizə olunur. Əgər axar nahamardırsa o zaman bəd xassəli proses düşünülməlidir.
PET müayinəsi zamanı normal pankreas vizualizə olunmur. Karsinoma PET müayinəsində hipermetabolik fokus kimi görsənir və 95% dəqiqlik təşkil edir. Xroniki pankreatit zamanı normadan bir qədər yüksək diffuz və ya fon səviyyəli aktivlik müəyyən olunur. Kütlə yaradan xroniki pankreatit zamanı zəif FDG akkumulyasiyası baş verir. FDG akkumulyasiyası şişin ölçülərindən asılı deyil. Whipple prosedurasından 6 ay sonra PET müayinəsi şişlə postoperasion dəyişiklikləri differensə edə bilir.
TNM mərhələləndirmə
Tx – birincili şiş qiymətləndirilə bilinmir
Tis – Carsinoma in situ
T1 – şişin ölçüləri 2 cm-i keçmir və pankreasa məhdud yerləşmişdir
T2 – şişin ölçüləri 2 cm-dən böyüdür və pankreasa məhdud yerləşmişdir
T3 – şiş pankreasdan kənara çıxır amma qarın kötüyünü və SMA-nı invaziya etmir
T4 – şiş qarın kötüyünü və ya SMA-nı infiltrasiya edir
Nx – regionar limfa düyünləri qiymətləndirilə bilinmir
N0 – regionar limfa düyünləri zədələnməyib
N1 – regionar limfa düyünləri zədələnmişdir
Mx – uzaq metastazlar qiymətləndirilə bilinmir
M0 – uzaq metastazlar yoxdur
M1 – uzaq metastazlar var