Mədə QİST

Qastrointestinal stromal şişlər əsasən 50 yaşdan yuxarı şəxslərdə rast gəlinir və ən çox (44% hallarda) mədədə yerləşir. I tip NF xəstələrində nazik bağırsaq QİST-nin rast gəlmə tezliyi yüksəkdir.

QİST-lərin əksəriyyəti xoşxassəlidir. Ümumilikdə 5 cm-dən böyük ölçülü şişlərin metastaz vermə şansı yüksəkdir. Bu şişlərdə nekroz həm xoşxassəli həmdə bədxassəli hallarda baş verə bilər. Histoloji olaraq bu şişlərdə mitoz sayısının çox olması onların potensial bədxassəli olmasından xəbər versə də mitoz sayısı az olan şişlər də metastaz verə bilər.

Bu şişlər lokal yayıla bilərlər, qaraciyərə və peritonada hematogen metastaz verə bilərlər. QİST nadir hallarda limfatik yollara yayılırlar.

KT müayinəsi zamanı QİST iri, ekzofit, periferik kontrastlanan yumşaq toxuma sıxlıqlı kütlə şəklində görünür. Sıx-sıx nekroza (xora) və ya kistoz degenerasiyaya bağlı intratumoral aşağı attenuasiyalı sahələr görünə bilər. İntratumoral hemorragiya olduqda şiş daxilində fokal artmış attenuasiya sahələri görünə bilər. Bu törəmələrdə çox vaxt oral kontrastla dolan iri xora krateri görülə bilər. 3 cm-dən kiçik ölçülü şişlər nadir hallarda nekroza uğrayırlar və buna görə daha homogen olurlar.


QİST-lərdə adətən intratumoral kalsifikasiyalar olmur.

Qaraciyərdə metastatik QİST törəmələri çox vaxt primer şişə oxşayır və nekrotik və ya kistoz ola bilər.

Bu şişlərin perkutan biopsiyası məsləhət deyil çünkü iynə traktı boyunca və periton qatında tumor seeding baş verə bilər.

Mədə leiomiosarkomaları QİST-lərdən daha az hallarda rast gəlinir və radioloji baxımdan fərqlənmirlər.

MƏDƏ QİST-ləri


2 views

Recent Posts

See All

Kapsullaşan peritoneal skleroz

Kapsullaşmış peritoneal skleroz akut və ya subakut nazik bağırsaq obstruksiyasının nadir rast gəlinən xoşxassəli səbəbidir. Bu xəstəlik zamanı nazik bağırsaq divarlarını total və ya parsial cəlb edən

Mədəaltı vəzinin kistik lezionları

Mədəaltı vəzinin solid şişləri (məs. adacıq hüceyrəli şişlər və metastazlar), bəzi hallarda kistoz komponentlərə malik olurlar və ya degenerasiyaya uğrayıb kistoz neoplaziyaları təqlid edirlər. Mədəal

©2018 by Dr Anar Kazimov