Kapsullaşan peritoneal skleroz

Kapsullaşmış peritoneal skleroz akut və ya subakut nazik bağırsaq obstruksiyasının nadir rast gəlinən xoşxassəli səbəbidir. Bu xəstəlik zamanı nazik bağırsaq divarlarını total və ya parsial cəlb edən qalın fibrokollagen membran örtür. Buna sklerozlaşan inkapsulyasiya olunan peritonit də deyilir. Bu klinik məhfum hər zaman iltihab ilə müşayiət olunmaya bilər. Xəstəlik hər bir yaş qrupunda qeyd edilə bilər.


Xəstəliyin klinik təzahürü qeyri-spesifikdir və ürəkbulanma, abdominal ağrı və bağırsaq obstruksiyası şəklində təzahür oluna bilər. Xəstəlik idiopatikdir və ya davamlı ambulator peritoneal dializə, vərəmə və ya peritoneovenoz/ventrikuloperitoneal şuntlara bağlı yarana bilər. Eyni zamanda practolol ilə müalicədən sonrada yarana bilər.


KT müayinəsində qarının mərkəzində topalaşmış, nazik bağırsaqların genişlənməsi və qalın fibrokartilagen membran ilə örtülməsi inkapsulyasiyaya uğramış sklerozlaşan peritonit üçün diaqnostik tapıntılardır.


Digər görüntüləmə tapıntılarına 5 mm-dək qalınlaşmış və kontrastlanan periton, nazik bağırsaq obstruksiyası əlamətləri, bağırsaq ilgəklərinin fiksasiyası, bağırsaq ilgəkləri arasında lokallaşmış maye kolleksionu və ya assit, bağırsaq divarının qalınlaşması, peritoneal və ya mural kalsifikasiya, kalsifik və ya reaktiv adenopatiya aid edilir.


https://radiopaedia.org/articles/encapsulating-peritoneal-sclerosis



2 views

Recent Posts

See All

Mədəaltı vəzinin kistik lezionları

Mədəaltı vəzinin solid şişləri (məs. adacıq hüceyrəli şişlər və metastazlar), bəzi hallarda kistoz komponentlərə malik olurlar və ya degenerasiyaya uğrayıb kistoz neoplaziyaları təqlid edirlər. Mədəal

Mədəaltı vəzinin limfoması

Pankreasın birincili limfomasına nadir hallarda rast gəlinir və adətən pankreasın baş hissəsində əmələ gəlir. Diaqnoz qoyulanda ortalama ölçüsü 8 cm olur. Bu şişlər iki formada görünə bilir: Ekstrapan

©2018 by Dr Anar Kazimov