Kanserogenez və onun əsas mərhələləri

KANSEROGENEZ VƏ ONUN ƏSAS MƏRHƏLƏLƏRİ. KANSEROGENEZİN MÜXTƏLİF TİPLƏRİ VƏ ONLARIN TEORETİK TRAKTOVKASI

Kanserogenez şişlərin inkişafında və əmələ gəlməsində mürəkkəb patofizioloji prosesdir. Kanserogenezin əsasında mutasiya nəzəriyyəsi durur. Bu nəzəriyyəyə əsasən şişlər genetik xəstəliklər hesab olunurlar.

Kanserogenezin patogenezi hüceyrənin genetik materialının zədələnməsinə əsaslanır. DNT-nin spesifik sahələrinin zədələnməsi hüceyrələrin proliferasiyasını və differensiyasiyasını kontrol edən mexanizmlərin pozulmasına gətirib çıxarır.

Hüceyrə proliferasiyası prosesinə iki tənzimləyici sistemlərin təsiri öyrənilmişdir:

1) PROTO-ONKOGENLƏR - hüceyrənin normal genlər qrupudur. Hüceyrə bölünməsi proseslərinə stimulyasiya edici təsir göstərir. Proto-onkogenlərin onkogenə çevrilməsi şiş hüceyrələrinin yaranmasının mexanizmlərindən biridir. Onkogen hüceyrənin şiş xüsussiyətlərini təyin edən gendir.

2) SUPRESSOR GENLƏR - hüceyrə bölünməsi proseslərinə tormozlayıcı təsir göstərirlər. Xromosomun supressor genləri təşkil etdiyi hissəsində itki baş verdikdə retinoblastoma, Vilms şişi vs d. nin inkişafına gətirib çıxarır.

Beləliklə, proto-onkogen və supressor genlər sistemi hüceyrə bölünməsinin, böyüməsinin və differensiyasiyasının mürəkkəb kontrol mexanizmlərini formalaşdırır. Bu mexanizmin pozulması xarici mühit faktorlarının və genomun qeyri-stabilliyindən baş verə bilər.

Genomun qeyri stabilliyixromosom saylarının dəyişməsi vəya bir hissəsinin itməsi deməkdir. Bəzi alimlərin fikrincə şişin yaranma səbəblərindən biri anadangəlmə və ya hüceyrə DNT-sinin reparasiyasının qazanılmış deffekti ola bilər. Sağlam hüceyrələrdə DNT-nin replikasiyasını böyük dəqiqliklə həyata keçirilir, insan genomunda DNT-nin replikasiyasında iştirak edən 6 gen öyrənilmişdir.

Kanserogen amillər:

1) Kimyəvi faktorlar - aromatik təbiətli maddələr.

2) Fiziki faktorlar - günəş radiasiyasi, ultrabənövşəyi şualanma, ionlaşan şualanma.

3) Bioloji faktorlar - viruslar (papilloma), HBV, HİV (Kapoşi sarkoması).

Sistem kserodermiyası – DNT-nin reparasiya sistemində anadan gəlmə deffekt olur.

KANSEROGENEZİN DÖRD MƏRHƏLƏLİ NƏZƏRİYYƏSİ

1) İNİTİASİYA - Kanserogen amilin hüceyrəyə ilkin təsiridir. Hüceyrənin həyat fəaliyyətini tənzimləyən genlərdə dayanıqlı pozgunluqların yaranması ilə nəticələnir. Bu pozğunluqlar nəticəsində hüceyrənin strukturu və xüsussiyətləri dəyişə bilər. Bu genotoksik agentlər inisiatorlar adını alıb. İnisiatorlar kimyəvi, fiziki və bioloji agentlər ola bilər.

2) PROMOSİYA - Törəmənin inkişafının növbəti etapıdır. Transformasiyaya uğramış hüceyrələrin aktivasiyası və bədxassəli şiş hüceyrələrinin xüsussiyətlərinin əldə olunması ilə nəticələnir. Maliqnizasiyanı aktivləşdirən və tezləşdirən agentlərə promotorlar deyilir. Bir promotorun təsiri hüceyrənin transformasiyası üçün kifayət etmir, insana bir qayda olaraq çoxlu və müxtəlif promotor faktorları təsir edir (davamlı və təkrari olmalıdır).

3) PROQRES - Bədxassəli şişin yaranmasının son etapıdır. Şiş hüceyrələrin maliqnizasiya potensialı artır.

8 views