Hipofiz vəzinin MRT müayinəsi

Döyənək cismin qiymətləndirilməsi: rostrum kəskin ucludur, bulk splenium istiqamətində uzanır, patologiya müəyyən edilmir. Fornix önə və aşağıya - anterior komissurayadək uzanır, normaldır. Lamina terminalis III mədəciyi öndən subaraxnoid sahədən ayırır, normaldır.

Görmə çarpazından üçüncü mədəcik cibi (yuxarıda xiazmatik və ya optik resses) genişlənməyib. İnfundibulyar resses genişlənməyib və infundibuluma doğru uzanır.


Hipofiz vəzinin ön 2/3 hissəsini adenohipofiz, arxa 1/3 hissəsini neyrohipofiz təşkil edir.

Dorzum sellada kiçik piy toxuma depolanması qeydə alınır.


Sfenoid sinus hipofiz vəziyə anterior-inferior yerləşmişdir, kəskin kənarlara malikdir, daxilində effuziya qeyd edilmir.


Nazofarinksin selikli qişası, yumuşaq və sərt damaq, dilin əsas kütləsi normaldır.

C1 fəqərəsinin ön və arxa qövsü, diş çıxıntısı və spinal kord normaldır. Foramen maqnum stenozu qeyd edilmir. Krusiform bağların təhrif edilməsi və ya revmatoid artrit pannusu nəticəsində yarana biləcək atlanto-dental oynağın laksitivliyi (boşalması) qeydə alınmır. Krusiform bağlar intaktdır.


Üçüncü mədəcik dibi, orta beynə aparan məməyəbənzər cisimlər, tectum, Silvi su kəməri, IV mədəcik, beyincik mövcud müayinə çərçivəsində normaldır.


İnterhemisferik şırımların anatomiyası intaktdır, neyrodegenerativ dəyişikliklər müəyyən edilmir. Frontal pay atrofiyası əlamətləri qeyd edilmir.


T1 sagital səthdə lateral kompartmenlərdə kavernoz sinuslarda yuxu arteriyalarında normal axın boşluğu qeydə alınır. Atlanto-oksipital oynaqlar normaldır. C1-C2 faset oynaqlar qalınlaşmayıb.


Optik sinirin gedişi normaldır, intrakranial hipertenziya əlamətlərindən olan vertikal tortuoz morfologiya qeydə alınmır. İntraorbital kütlə və ya retrobulyar piy toxumasında törəmə qeydə alınmır.


Koronal kəsiklərdə infundibulum mərkəzdədir. Görmə çarpazı arxaya optik traktlara doğru uzanır, öndən isə prexiazmatik optik sinirlərə optik kanal boyunca uzanır.

Hipofiz vəzinin lateral kənarları aydın differensə edilir. Hipofiz vəzini kavernoz sinusdan ayıran meningeal qat nazikdir və tumoroz prosesin penetrasiyasına rahat cəlb oluna bilər. Hipofiz vəzi T1-də homogen siqnal intensivliyinə malikdir. Kavernoz sinuslar daxilində olan kiçik zəif axın venaları və sürətli axın arteriyaları, piy toxuması və buradan keçən kəllə sinirləri hesabına heterogen siqnal intensivliyinə malik olur.


Sfenoid sinus arakəsməsinin yeri göstərilməlidir.

Burun arakəsməsinin yeri göstərilməlidir və nazal patologiya şərh edilməlidir.


Mastikasiyada iştrak edən lateral və medial pteriqoid əzələləri, masseter və temporalis əzələləri normal intensivlikdədirlər, trigeminal lezionu əks etdirə biləcək piy atrofiyasına uğramayıblar.


09 40