Hipofarinks və proksimal ezofaqus xərçəngi

Hipofarinks və proksimal ezofaqus xərçəngləri əsasən submukoz inkişaf edirlər.

Hipofarinks udlağın orofarinksdən ezofaqus sərhəddinədək olan hissəsidir. Hipofarinksin ön sərhəddini qırtlaq, qida borusunun boyun hissəsinin ön sərhəddini isə traxeya əmələ gətirir. Retroezofageal sahədə arxa sərhəddi təşkil edir.

Hipofarinks ilə orofarinks arasında, eləcə də hipofarinks ilə qida borusunun boyun hissəsi arasında aydın seçilən anatomik baryer yoxdur.


Hipofarinks 3 fərqli nahiyələrə bölünür

  1. Piriform sinus

  2. Post-krikoid nahiyyə

  3. Posterior hipofaringeal nahiyə

Piriform sinuslar ön, medial və lateral divarlardan təşkil olunmuşdur və tərs piramidə bənzər şəklə malikdir. Piramidin əsası farinqoepiqlottik büküşlər səviyyəsində piriform sinusun girişini təşkil edir. Piriform sinusun zirvəsi krikoid qığırdağın aşağı kənarında yerləşir və tərs çevrilmiş piramidin ucunu ifadə edir. Ariepiqlottik büküşlər piriform sinusları qırtlaqdan ayırır. Piriform sinus aşağıdan paraqlottik sahənin arxa kənarına toxunur. Piriform sinus xərçəngində adətən qırtlağa invaziya qeyd edilir.


Hipofarinks və qida borusunun boyun hissəsində daha çox yastı epitel xərçəngi olur.

Çox az hallarda sarkomalara (lipo və sinovial sarkoma) və limfomalara rast gəlinir.

Yastı hüceyrəli xərçəng üçün risk faktorlarına xronik tabak və spirtli içki qəbuludur.

Hipofarinks xərçəngi əsasən submukozal inkişaf etdiyi üçün klinik və endoskopik müayinələr zamanı onları müəyyən etmək çətin olur. Postkrikoid nahiyədən inkişaf edən hipofaringeal xərçənglər qırtlağın arxa hissələrinə invaziya edərək səs tellərinin paralizinə səbəb olur. Adətən krikoaritenoid oynağa invaziya qeyd edilmir. Bu şişlər adətən piriform sinuslara, traxeyaya və qida borusunun boyun hissəsinə invaziyaya meyllidirlər.



0 views0 comments

Recent Posts

See All

Рак ротоглотки

Участки ротоглотки в основном состоят из основания языка и миндалин. Основания языка Основания языка спереди исходит с желобовидных сосочков до валлекул снизу. На КТ и МРТ обнаружение плоскоклеточного

Контраст-индуцированная нефропатия: ведение пациентов из группы риска

Введение йодсодержащих контрастных веществ (КМ) является стандартным компонентом многих компьютерных томографий (КТ). Большое количество процедур, выполняемых ежегодно, и редкость побочных эффектов св

Мультифазная визуализация печени

Примерно 20% кровоснабжения печени поступает из печеночной артерии, а остальные 80% - из воротной вены. Введенное контрастное вещество сначала достигает печени через печеночную артерию; у пациентов с