Hemangioperisitoma

Hemangioperisitoma damar əsaslı şişdir və hipervaskulyar olduğu üçün əvvəllər angioblastik meningioma adlandırılırdı. Meningiomalara oxşarlığına baxmayaraq hemangioperisitoma aqressiv klinik gedişə malikdir. Hazırda bu şişləri immunohistokimyəvi müayinə ilə meningiomalardan fərqləndirmək olur. Hemangioperisitoma mezenximal mənşəli perivaskulyar hüceyrələr olan perisitlərdən inkişaf edir.

Meningiomalar kimi hemangioperisitomalar da dural əsaslı ekstra-aksial girdə şişlərdir, yaxşı çevrələnirlər və hipersellülardırlar. Tipik meningiomalardan fərqli olaraq hemangioperisitomalar daha lobulyar konturlara malikdir və çox vaxt oksipital venoz sinuslar konflüensində inkişaf edir və onlara yapışır. #gallery-1 { margin: auto; } #gallery-1 .gallery-item { float: left; margin-top: 10px; text-align: center; width: 33%; } #gallery-1 img { border: 2px solid #cfcfcf; } #gallery-1 .gallery-caption { margin-left: 0; } /* see gallery_shortcode() in wp-includes/media.php */

Meningiomalarla müqayisədə hemangioperisitoma nadir rastlanır (1/40). Hemangioperisitomalar cavan şəxslərdə yaranmaya meyllidir (40 yaş). Histoloji müayinə zamanı bu şişlərdə orta dərəcədə nüvə atipiyası və (anaplastic meningioma kimi) güclü mitotik aktivlik qeydə alınır.

Hemangioperisitomaların arterial qan təchizatı meningeal və serebral arteriyalar tərəfindən təmin edilir. Mikroskopik müayinə zamanı perivaskulyar fibroza malik çoxlu iri və şaxələnən damar kanalları (staghorn sinusoidləri) görsənir. Bu şişlər sümüyə invaziya edərək destruksiyasına səbəb ola bilirlər, lakin meningiomalardan fərqli olaraq hiperostoz sümük yaranmasını (meningioma sümüyü) provakasiya etməzlər. Hemangioperisitomalar beyin parenximasına invaziya edə bilirlər.

Hemangioperisitomalarda lokal rekurrens sıxlığı total eksiziya və hətta yatağına şüa müalicəsi tətbiq olunsa belə çox yüksəkdir. Bu şişlər ekstrakranial metastazlar verə bilər (sümük, ağciyər, qaraciyər).

Hemangioperisitomalar görüntüləmədə meningiomaya oxşar şişlərdir.

Hemangioperisitomalar kəskin çevrələnmiş ekstra-aksial şişlərdir və kontrastsız KT müayinəsində hiperdensdir. T1 ağırlıqlı görüntülərdə ağ maddəyə görə homogen və hipointensdir, boz maddəyə görə izointensdir. T2 ağırlıqlı görüntülərdə bir qədər hiperintens və daha heterogendir.

Hemangioperisitomalar daxilində çoxsaylı flow voidlər ola bilər. Bu şişlər adətən intens və homogen kontrastlanır.

Hemangioperisitomalar meningiomalardan daxili heterogen və lobulyar morfostrukturuna görə və daha nazik əsaslı dural quyruğa malik olmasına görə fərqləndirilir. Hemangioperisitomalarda meningiomalardan fərqli olaraq kalsifikasiya və sümük hiperostozu qeydə alınmır.

#hemangioperisitoma

Recent Posts

See All

MSS-nin birincili angiiti

MSS-nin vaskulitləri beyin, onurğa beyni və beyin qişalarında qan damarların divarlarını cəlb edən iltihabi xəstəliklərin heterogen qrupunu ifadə edir. MSS-nin vaskulitləri birincili və ikincili ola b

Oliqodendroqlioma

Oliqodendrositlərdən inkişaf edir. İntrakranial qliomaların 15-20 %-ni təşkil edir. Bütün intracranial neoplazmaların 5-10%-ni təşkil edir. İmmunohistokimyəvi müayinədə GFAP neqativdir. Bu şişlər prin

©2018 by Dr Anar Kazimov