Dural arteriovenoz fistula

Dural arteriovenoz fistula dural venoz sinus divarında dural arteriyalarla təchiz olunan arteriovenoz şuntlardır. Bu zaman arterial qan venoz sistemə birbaşa keçir. AVM-lərdən fərqli olaraq dAVF-lalarda nidus olmur. Bunlar qanama və ya venoz hipertenziya ilə təzahür olunur.

Dural arteriovenoz fistula adətən qazanılmış olur və çox vaxt idiopatik olur.

Dural venoz sinus trombozu olan xəstələrdə (tipik olaraq tranzverz sinus) baş verən neovaskulyarizasiya səbəbindən dural arteriovenoz fistula yarana bilər. Digər səbəblər arasında travma, kraniotomiya hesab olunur.


Radioloji əlamətləri


Kompüter tomoqrafiya

Dural arteriovenoz fistula üçün şübhə yaradan əlamətlərə subaraxnoidal sahələrdə dilatasiyaya uğramış kortikal venaya uyğun olan böyümüş və tortuoz damarların görülməsi, böyümüş xarici yuxu arteriyası və ya böyümüş transosseoz damarlar aid edilir.


Maqnit rezonans tomoqrafiya

Retroqrad venoz drenajı olmayan xəstələrdə diaqnozu müəyyən etmək çətindir. Subaraxnoidal sahələrdə genişlənmiş pial damarlar görülə bilər. Retroqrad leptomeningeal venoz drenajı olan xəstələrin yarısında ödem görünür. Ağ maddə ödemi olan sahələrdə kontrast güclənməsi effekti ola bilər. Bu tapıntılar yüksək qanama riski olan aqresiv fistulalar üçün xarakterdir.


Mənbə


  1. https://radiopaedia.org/articles/dural-arteriovenous-fistula?lang=us

  2. https://radiologykey.com/perfusion-in-dural-arteriovenous-fistulas/

  3. http://www.ajnr.org/content/ajnr/32/10/E196.full.pdf




Recent Posts

See All

Dural sinus okluziv xəstəliyi

Dural sinus okluziv xəstəliyi dural sinus trombozunun infeksiyalaşmasıdır (tromboflebit). Xəstələr tipik olaraq kəskin baş ağrıları, yüksək temperatur, Dorello kanalının cəlb olunmasına ikincili olara

Serebral venoz infarkt

Serebral venoz infarkt beyin insultunun nadir rast gəlinən formasıdır və daha çox serebral ven trombozuna ikincili olaraq baş verir və çox vaxt qanama ilə təzahür olunur. Serebral venoz infarkt tipik

Serebral ven trombozu

Serebral ven trombozu kəllə qutusunda venoz kanalların okluziyasını ifadə edir və çox nadir rast gəlinən patologiyadır. Bunlara dural ven trombozu, kortikal ven trombozu və dərin serebral ven trombozu