Dilin xərçəngi

Dil aşağıdakı hissələrdən ibarətdir

  • dorsum

  • apex

  • dilin aşağı səthi

  • dil kökü (əsası)

Dilin kökü hioid sümüyə və mandinulaya bitişir, apeksi isə dilin ucunu əmələ gətirir. Terminal şırım (sulcus terminalis) dili iki hissəyə ayırır - ağız və udlaq hissə. Ağız hissə dilin ön 2/3 hissəsini, udlaq hissə isə arxa 1/3 hissəsini təşkil edir. Aksial görüntüləmə zamanı mandibula şaxəsinin ön aspektlərinə birləşən xətt bu iki hissəni birbirindən ayıran xətt qismində istifadə oluna bilər.  Dilin ağız və udlaq hissələrinin sinir təchizatı birbirindən fərqlidir.

Dilin ağız hissəsinin selikli qişası mandibulyar sinirin linqual şaxəsi ilə, udlaq hissəsinin (dil kökünün) selikli qişası isə qlossofaringeal sinir ilə təchiz olunur.

Dilin ağız hissəsinin sərbəst kənarı öndən və yanlardan alveolyar kənarlar ilə sərhədlənmişdir. Dilin udlaq hissəsi, hansı ki, orofarinksin ön divarını əmələ gətirir sulcus terminalisdən epiqlottisə uzanır və yanlardan qlossofaringeal şırım ilə sərhədlənir. Vallekula dilin bir hissəsi hesab olunur və dil kökü ilə epiqlottis arasında keçid təşkil edir.

Dil linqual septum və hioqlossus membranından ibrarət olan dəstəkləyici fibroz karkasa malikdir. Orta xətdə yerləşmiş fibrous lingual arakəsmə dili iki simmetrik əzələ yarısına bölür. Dil selikli membranla örtülmüş əzələ kütləsidir. Dil əzələləri daxili (intrinsic) və xarici (extrinsic) əzələ qruplarına bölünür. Daxili əzələlər tamami ilə dilin daxilində yerləşir və onların sümük strukturları ilə bitişməsi yoxdur. Dil əzələləri yuxarı/aşağı, boylama/vertikal və köndələn əzələ qrupları şəklində orqanizə olunublar. Dilin xarici əzələlərinə genioqlossus, hioqlossus, stiloqlossus və palatoqlossus əzələləri daxildir.

Dilin daxili grup əzələlərinin əsas funksiyası onun şəklini dəyişməsidir. Dilin xarici grupp əzələləri dili stabilizə edir, istiqamətini və şəklini dəyişir.

Genioqlossus əzələsi dil əzələləri içərisində ən iri olanıdır və dilin əsas həcmini (bulk) əmələ gətirir. Genioqlossus əzələsi böyük qabardan (genial tubercle) başlanğıc götürür, KT və MRT müayinələrində rahatlıqla görünür. Bu əzələ geniş şəkildə uzanaraq aşağıda hioid sümüyə, arxadan dil kökünə və yuxarıdan dilin ventral səthinə bağlanır. Hioqlossus əzələsi incə əzələ səhfəsidir və hioid sümükdən inkişaf edir, yuxarı doğru qalxaraq dilin kənarına bağlanır.

Dilin daxili və xarici əzələləri hipoqlossal sinir ilə innervasiya olunur.

Əsasən damaq əzələsi hesab olunan palatoqlossus əzələsi faringeal pleksus ilə təchiz olunur. Xarici yuxu arteriyasının şaxəsi olan linqual arteriya dilin hər iki yarısını təchiz edir. Hər iki linqual arteriyanın kəsilməsi dilin ön hissəsində nekroz riskini artırır. Dilin zəngin limfatik şəbəkəsi vardır.

Lima dil əsasından boynun hər iki tərəfindəki düyünlərə drenə olunur. Dilin ucundan isə submental düyünlərə drenə olunur. Dilin ağız hissəsinin qalan bayır 1/3 seqmentinin kənari limfası ipsilateral submandibulyar və jugulodigastic düyünlərə açılır. Dilin ağız hissəsinin daxili 2/3 seqmentinin mərkəzi limfası boynun hər iki tərəfinə yolu vardır.

Lateral dil kənarından 5 mm kənara uzanan şişin yüksək bilateral metastatik limfadenopatiya riski vardır.

Patoloji anatomiyası

Mərhələləndirmə

Şişin ağız dibinə invaziyası ən yaxşı koronal görüntülərdə görsənir. Sagital görüntülərdə dil əsasına yayılma və faringeal infiltrasiyanın dərəcəsi yaxşı görsənir.

Dilin ağız hissəsinin karsinoması

Demək olar ki, dilin ağız hissəsinin xərçənglərinin hamısı lateral və aşağı səthlərində baş verir. Dorzal şişlər sıx rast gəlinmir və adətən orta xəttə yaxın və daha arxada yerləşirlər. Dilin ağız hissəsinin ön 1/3 seqmentinin şişləri ağız dibini infiltrə edir. Dilin orta 1/3 hissəsinin şişləri dil əzələlərini, lateral hissəsinin şişləri ağzın lateral dibini infiltrə edir.

Dilin ağız hissəsinin arxa 1/3 seqmentinin karsinoması dil muskulaturası, ağız dibinə, anterior tonsillar pillara, dil kökünə, qlossotonzilyar sulkusa və mandibulaya uzanır.

Dil xərçəngi əməliyyat zamanı görünən qross tumor sərhədlərindən daha uzağa yayıla bilir. Lokal rekurrens üçün ən vacib faktor rezeksiya kənarıdır və yastı epitel karsinomalarının əksəriyyətində 1 cm təşkil etdiyi halda, dil xərçəngində rezeksiya kənarı 1.5-2.0 cm adekvat hesab olunur. Əməliyyat zamanı dərin kənarlara malik şişlərin qiymətləndirilməsi çətinlik təşkil edir və bu şişləri texniki olaraq rezeksiya etmək çox çətindir. Beləliklə, dərin kənarlar çox vaxt müsbət və ya qeyri-adekvat rezeksiya kənarlarının yeridir.

Xəstələrin 35%-i Ilkin təzahür zamanı nodal metastazlara malik olur. Bu xəstələrin 5%-ində bilateral limfa düyünləri zədələnməsi olur. Birinci zədələnən limfa düyünləri submandibulyar və jugulodigastrik düyünlərdir. Submental limfa düyünlərinin zədələnməsinə nadirən rast gəlinir.

Dil kökünün karsinoması

Dil kökü klinik sakit lokalizasiya olduğundan burada yaranan şişlər dərin infiltrativ tərzdə inkişaf edirlər. Lateralda yerləşmiş şişlər və gecikmiş klinik hallar istisna olmaqla adətən bu şişlər dildən kənara çıxmırlar. Belə hallarda dil kökünün şişləri tonzillar fossaya invaziyaya meyllidirlər. Vallekulyar törəmələr ümumiyyətlə ekzofit olurlar və epiqlottisin linqual səthinə, lateraldan farinqoepiqlottik büküşə və sonra udlağın yan divarına və piriformis sinusun ön divarına yayılır. Ağız dibini və sublinqual sahəni cəlb edən anterior infiltrasiya, eləcə də, pre-epiqlottik sahənin cəlb olunması ən yaxşı görüntüləmə metodları ilə qiymətləndirilir.

Dil kökünün karsinoması zamanı ilk zədələnən limfa düyünləri jugulodigastrik düyünlərdir, daha sonra orta və aşağı jugulyar düyünlərdir. Bəzən retrofaringeal limfa düyünləri cəlb olunur. Anterior tumor ekstenziyası olduqda submandibular düyünlər zədələnə bilər. Submental düyünlər nadir hallarda cəlb olunur.

16 views

Recent Posts

See All

Astrositoma

Astrositomalar bütün birincili beyin şişləri arasında ən çox rastlanan şişlərdir (60%). Astrositlərdən inkişaf edirlər. Astrositomalar 4 histoloji dərəcəyə bölünür: Grade I və II – aşağı dərəcəli şişl

©2018 by Dr Anar Kazimov