Boyun limfa düyünləri

Boyun limfa düyünləri yeddi səviyyəyə bölünür.


I Səviyyə

  • milohioid əzələdən aşağı və dilaltı sümüyün aşağı kənarından yuxarı;

  • submandibulyar vəzilərin arxa hüdudundan öndə;


  • Ia səviyyəsi- submental düyünlər- ikiqarıncıqlı əzlələrin ön qarıncıqları arasında;

  • Ib səviyyəsi- submandibulyar düyünlər- ikiqarıncıqlı əzələlərin ön qarıncığına posterolateral;


II Səviyyə (anterior servikal və ya yuxarı jugulyar düyünlər)

  • internal yuqular (dərin servikal ) zəncir;

  • kəllə əsasından dilaltı sümüyün aşağı hüduduna kimi;

  • döş-körpücük-məməyəbənzər əzələnin arxa hüdudundan öndə;

  • submandibulyar vəzilərin arxa hüdudundan arxada;


  • II a səviyyəsi – venalara anterior, lateral, medial və ya daxili vidaci venaya posterior və onlardan ayrıla bilməyən düyünlər;

  • II b səviyyəsi – daxili vidaci venaya posterior və düyünlərlə venanı ayıran piy toxuması qatı var;


III Səviyyə

  • internal yuqular ( dərin servikal ) zəncir

  • dilaltı sümüyün aşağı hüdudundan krikoid qığırdağın aşağı kənarına kimi

  • döş - körpücük – məməyə bənzər əzələnin posterior hüduduna anterior

  • umumi yuxu arteriyası/daxili yuxu arteriyasının medial kənarına lateral

IV Səviyyə

  • internal yuqular ( dərin servikal ) zəncir

  • krikoid qığırdağın aşağı kənarından körpücük sümüyünə kimi

  • döş-körpücük-məməyəbənzər əzələnin arxa hüdudundan və ön pilləli əzələnin posterolateral sərhəddindən keçən çəp xətdən anterior və medial

  • umumi yuxu arteriyasının medial kənarından lateral

V Səviyyə

arxa üçbucaq ( spinal accessory) düyünləri


Va səviyyəsi - yuxarı ½ hissəsi, II və III səviyyədən posterior ( kəllə əsası ilə krikoid qığırdağın aşağı hüdudu arasında) ;

Vb səviyyəsi - aşağı1/2 hissəsi, IV səviyyədən posteriorda ( krikoid qığırdağın aşağı hüdudu ilə körpücük sümüyü səviyyəsi arasında;


VI Səviyyə


  • prelaringeal/pretraxeal/Delfian düyünləri;

  • visseral speysdən anteriorda;

  • dilaltı sümüyün aşağı kənarından döş sümüyü dəstəsinə kimi;

  • III və IV səviyyələrdən anterior;