BEYİN ŞİŞLƏRİ
Qliomalar
Non-qlial şişlər
Kəllə sinirlərindən inkişaf edən şişlər
Meninkslərdən inkişaf edən şişlər
Hematopoetik sistemin şişləri
Germ hüceyrəli şişlər
Sellar nahiyənin şişləri
Metastatik şişlər
Beyin şişlərinin fəsadları və ağırlaşmaları aşağıdakı şəkildə təzahür olunur:
Beyin ödemi
Beyindaxili herniasiyalar
Qansızmalar
Beyin ödemi.
Ödem vəya beyində şişkinlik beyin şişlərinin və digər struktur pozğunluqlarının ən sıx rast gəlinən ağırlaşmalarıdır. Ödem kifayət qədər kəskin olduqda fokal vəya generalizə olunmuş beyin disfunksiyaları yaranır. Ödem 3 müxtəlif formada baş verir:
Vazogen ödem – şiş, iltihab, qanaxma, geniş infarkt vəya kontuziyaya ikincili olaraq baş verir.
Sitotoksik ödem – hipoksiya, erkən infarkt, vəya su intoksikasiyasına ikincili olaraq baş verir.
İnterstisial ödem – beyin-onurğa beyni mayesi axınının vəya absorbsiyasının kəskin obstruksiyası nəticəsində əmələ gəlir.
Vazogen ödem – ən çox intrakranial neoplazmalara bağlı yaranan beyin şişkinliyinin bir növüdür. Boz maddə, vazogen ödemin inkişafına nisbətən rezistentdir. Buna səbəb subkortikal U-liflərinin baryer təşkil etməsidir. KT müayinəsi zamanı vazogen ödem major ağ maddə yollarında geniş hipodens, üzərində olan kortikal boz maddə genişlənmiş ödemli ağ maddə psevdopodları tərəfindən sıxılmış və nazikləşmiş şəkildə görsənir.
Kontrastsız MRT-də ödemli peritumoral ağ maddədəki yüksək su tərkibi, uzun T1 və T2 relaksasiya törədir. Qlukokortikoidlərin yeridilməsi beyin-onurğa beyni baryerinin defektini azaldaraq, maye və protein ekstravazasiyasının ləngidir.
İnterstisial ödem – beyin-onurğa beyni mayesi yollarının obstruksiyasına ikincili olaraq baş verir. KT müayinəsi zamanı zəif seçilən hipodens və T2-də lent-şəkilli periventrikulyar hipersiqnal əldə olunur. Bu tapıntılar adətən simmetrik olur. Yan mədəciklərin ön buynuzunun anterosuperior kənarında və ənsə buynuzunun arxa kompartmenlərində daha qabarıq şəkildə olur. Periventrikulyar ağ maddədə mayenin akkumulyasiyası mədəciklərdəki mayenin transependimal sızması nəticəsində baş verir (sızma mədəciklərin ependima xətlərində mikroskopik çatlardan baş verir). Bu tip ödemə qlukokortikoidlər təsir etmir. Bu halda ventrikulostomiya şunt kateteri qoyulur.
HERNİASİYALAR
Subfalsin herniasiya
Enən transtentorial herniasiya
Qalxan transtentorial herniasiya
Tonzillar herniasiya
Rigid kəllə qutusunda genişlənən kütlə normal beyin parenximasına kompressiya edir. Beyin yarımkürələrində lateral yerləşmiş (superior temporal, orta frontal, frontoparietal) kütlələr dərin mərkəzi strukturların (bazal qanqlia, thalamus, III mədəcik, yan mədəciklər, septum pellucidum) yerini medial tərəfə doğru dəyişir. İpsilateral cingulate gyrus sıxılır və falksın sərbəst kənarının altında orta xətt boyunca yerini dəyişir. Buna subfalsin herniasiya deyilir.
Medial yerləşmiş yuxarı frontoparietal (parasagital) kütlələr cingulate gyrusu əzir və kontralateral istiqamətdə yerini dəyişir, lakin dərin mərkəzi strukturlara səndeyən təsir etmir. Subfalsin herniasiya ən yaxşı koronal səthdə görünür.
Gicgah payın və orta kəllə çuxurunun şişləri uncusun və parahippokampal gyrusun yerini dəyişir. Suprasellar və ambient (sirkummezensefalik) sisternaların lateral aspektləri və temporal insizura sıxılır. Bu halda enən transtentorial herniasiya deyilir.
Qalxan transtentorial herniasiya superior serebellar vermisin və yarımkürəsinin tentorial insizuranın arxa aspektlərindən yuxarıya doğru yerdəyişməsidir.
Serebellumun yuxarı yarısı daxil, arxa kəllə çuxurunun arxa kompartmenlərinin yuxarı hissəsindən inkişaf edən şişlər tərəfindən törədilir. Superior serebellar vermis anterior və superior istiqamətdə insizuraya tərəf sıxıldıqda kütlə superior serebellar sisternaya doğru protruziya edir və onu kompressiya edir. Arxadan quadrigeminal sisternanın normal arxa konveksitəsini yastılaşdırır. Bu quadrigeminal və superior serebellar sisternanın obliterasiyasına gətirib çıxarır. III mədəciyin arxa kənarı yastılaşır.
Beyinciyin aşağı yarısının şişləri beyincik badamcıqlarının aşağıya doğru (foramen magnum) yerdəyişməsinə səbəb olur (tonzillar herniasiya).
QANSIZMA
Beyindaxili şişlər üçün sıx rastlanan əlamət deyil. İntratumoral qansızma xoriokarsinomaların metastazlarında, melanoma, ağciyər və tiroid xərçəngi, RCC, neuroblastoma, limfoma və medulloblastomaların metastazlarında sıx rastlanır.
İntrakranial şişlərə bağlı qanama nekrotik şiş boşluğunun mərkəzində (qlioblastoma və bəzi met-lər) vəya periferiyasında, şişin ətrafında (digər metlər və meningioma) baş verə bilər.
Hipofiz adenomasında qanama hipofiz apopleksiyasının sıx rastlanan səbəblərindəndir. Kəskin leykemiyaya görə sistemik kimyəvi dərman müalicəsi alan, sümük iliyi depressiyaya uğramış və qan dövranında trombositlərin səviyyəsi azalmış xəstələrdə şişə bağlı olmayan beyindaxili qanama görülə bilir.