Bazu oynağı

Updated: Dec 23, 2019

Bazu oynağının strukturları


Artikulyasiya səthləri

Qlenohumeral oynaq bazu sümüyü başının kürək sümüyünün qlenoid fossası ilə birləşməsindən əmələ gəlir. Bütün sinovial oynaqlar kimi, bazu oynağında artikulyasiya səthləri hialin qığırdaq ilə örtülüdür. Bazu sümüyünün başı qlenoid fossadan dəfələrlə iridir. Bu səbəbdən bazu oynağı bədənimizdə ən hərəkətli oynaq hesab olunur.

Oynaq kapsulu və bursa

Oynaq kapsulası oynaq strukturlarını özündə saxlayan fibroz lifdir. Oynaq kapsulası bazu sümüyünün anatomik boynundan qlenoid çuxurun sərhəddinə uzanır. Sinovial membran oynaq kapsulunun daxili səthini örtür və oynaq mayesi sintez edərək oynağın hərəkətini yaxşılaşdırır, sürtünməni azaldır.

Bazu oynağında sürtünməni azaltmaq üçün bir neçə sinovial bursa mövcuddur. Bursa sinovial maye ilə dolu kisədir və vətərlər ilə digər oynaq strukturları arasında yastıq rolunu oynayır.

Klinik əhəmiyyətli bursalara aiddir:

Subakromial bursa - deltoid və akromiona nisbətdə dərində, supraspinatus vətərinə və oynaq kapsulasına nisbətdə superfisial yerləşir.

Subskapulyar bursa - subskapularis vətəri ilə skapula arasında yerləşir.

Bağlar

Bazu oynağında sümük strukturlarının stabilizasiyasında bağlar əhəmiyyətli rola malikdir.


Qlenohumeral bağlar (yuxarı, orta, aşağı) - Bu bağlar qlenohumeral oynaq kapsulunun qalınlaşmalarıdır və oynağın vacib stabilizatorlarıdır. Qlenohumeral bağlar bazu oynağının ön dislokasiyasının qarşısını alır.

  1. Superior qlenohumeral bağ (SGHL) - qlenoid və korakoid çıxıntının yuxarı aspektindən bazunun kiçik qabarına superior yerləşmiş fovea capitis istiqamətində uzanır. Bazunun ikibaşlı əzələ vətərini stabilizə edir.

  2. Orta qlenohumeral bağ (MGHL) - anterosuperior qlenoiddən, superior qlenohumeral bağdan dərhal aşağıdan başlayır və bazu sümüyünün anatomik boynunun ön aspektinə uzanır.

  3. İnferior qlenohumeral bağ (İGHL) - bəzən bu bağa inferior qlenohumeral bağ kompleksi deyilir. İGHL qlenoid labrumun aşağı 2/3 hissəsindən başlayır və humerusun lateral hissəsinə uzanır. Üç hissələrdən ibarətdir - anterior, posterior bandlar və aksillar pouch. Bu bağ qlenohumeral bağlar içərisində ən vacib olanıdır, belə ki, abdukt vəziyyətdə bazu oynağının əsas stabilizatorudur.

Korakohumeral bağ (CHL) - korakoid çıxıntının əsasını bazu sümüyünün böyük qabarına birləşdirir. Oynaq kapsulunun yuxarı hissəsini fiksə edir.

Bazunun köndələn bağı (transverse ligament) - bazu sümüyünün iki qabarcığı arasındakı məsafəni əhatə edir. Bisepsin uzun başının vətərini intertuberkular çuxurda tutur.

Korako-klavikulyar bağ - akromioklavikulyar oynağın əsas vertikal stabilizatorudur.


Hill-Sacs lezionları


Bazu sümüyü başının posterolateral kompression sınıqlarına deyilir və tipik olaraq rekurrent anterior dislokasiyalara ikincili baş verir. Rekurrent anterior dislokasiyalar zamanı bazu sümüyünün başı qlenoidin anteroinferior hissəsinə qarşı kompressiya olunduğundan bazu sümüyü başının posterolateral hissəsində kompression sınıq əmələ gəlir. Bu lezionlar adətən qlenoidin Bankart lezionu ilə əlaqəlidir.



On-track və off-track bazu oynağı zədələnmələri


Bazu oynağının anterior qlenohumeral dislokasiyalarında bipolar zədələnmə ocaqları (məs., müştərək Hill-Sacs lezionu və bony Bankart) pasientləri Hill-Sacs enqeydjmentinə və ya rekurrent instabiliti riskinə salır. Hill-Sacs lezionlarının on-track və ya off-track olmasının müəyyən edilməsi prosesin menecmentinə bələdçilik edə bilər. Buna baxmayaraq bu diaqnozu qoymaq üçün artroskopiya qızıl standartdır.


Qlenoid track humerus başının qlenoidlə kontaktda olan sahəyə deyilir və qlenoidin eninin 83%-i kimi müəyyən edilir. Track-dan kiçik olan Hill-Sacs lezionu (0n-track) kontaktı saxlayacaqlar və belə halda enqeydcemnt və instabiliti riski aşağıdır. Qlenoid track-dan iri olan Hill-Sacs lezionu (off-track) hallarında enqeydcment və instabiliti riski yüksək olacaqdır.


Beləliklə, bipolar sümük lezionunun on-track və ya off-track olmasını müəyyən etməkdən ötrü

iki əsas faktora nəzər yetirmək lazımdır.

  1. Anteroinferior qlenoid sümük itkisi

  2. Hill-Sachs interval ölçüsü

Off-track lezionlar iri və ya orta ölçülü bony Bankart və ya Hill-Sachs lezionlarından baş verə bilər. On-track və ya off-track lezionları müəyyən etməkdən ötrü iki ölçmə aparmaq lazımdır.


  1. Glenoid track - qlenoidin koronal oblik səthdə alınmış görüntülərdə best-fit circle metodundan istifadə etməklə hesablanır. Best-fit circle arxa və aşağı kənarları əhatə etməklə qlenoidin üzərinə qoyulur. Daha sonra best-fit circle-un mərkəzindən ön və arxa aspektlərinə çatan horizontal xətt çəkilir (D). İkinci horizontal xətt eyni səth boyunca dairənin ön aspektindən anterior qlenoidə (d) çəkilir və beləliklə anterior qlenoid sümük itkisinin enini ölçür. Glenoid track = (0.83xD) - d

  2. Hill-Sacs interval =




Birinci şəkildə Hill-Sacs lezionunun eni öndən arxaya doğru qlenoidin enindən kiçikdir. Beləliklə bu on-track morfologiya hesab olunacaqdır. Sağdakı şəkildə isə Hill-Sachs lezionunun eni qlenoidin enindən uzundur, çünkü qlenoiddə defekt mövcuddur.


Best-fit circle texnikasının istifadə qaydası, eyni zamanda biz qlenoid sümük itkisinin faizinə baxacayıq. Qlenoid sümük itkisini hesablamağın bir neçə yolu vardır.








Misal 1. Qlenoid sümük itkisinin diameter texnikası ilə hesablanması

İlk öncə aksial səthdə Hill-Sachs lezionunun maksimal uzunluğunu ölçürük - 19 mm təşkil edir. Daha sonra çəp frontal səthdə qlenoid cup üzərində best-fit dairəsini çəkdikdən sonra hərləndirici manjetin diametrini ölçürük - 29 mm təşkil edir. Hesablama qaydasına əsasən bu ölçü böyük D-dir. 29x0.83=24 mm. Daha sonra dairə daxilində qlenoid sümük itkisi baş verən ocağın diametrini ölçürük və bu 9.4 mm təşkil edir. Qaydaya uyğun olaraq: 24-9.4=14.67. Hill-Sachs lezionunun ölçüsünün (19 mm) alınmış fərqdən daha böyük olması bunun off-track lezion olduğunu göstərir.


İndi isə eyni pasientdə qlenoid sümük itkisinin radius üsulu ilə ölçülməsinə baxaq. Bunun üçün çəp frontal səthdə best-fit dairəsinin tam ortasına nöqtəmizi qoyuruq, önə və arxaya radius çəkirik. Göründüyü kimi anterior qlenoid radiusda demək olar ki 100%-ə yaxın sümük itkisi mövcuddur. Qlenoid sahə sümük itkisi sahəsi ile müqayisədə radiusun deyək ki, 80-%-i azalıb, amma normada ön və arxa qlenoid radiuslar bərabər olmalıdır. Beləliklə ön qlenoid radiusun 80% azalması best fit dairəsində 38% qlenoid sahə itkisinə uyğundur

və biz bilirik ki 25%-dən çox qlenoid sahəsində itki varsa bu katastrofikdir, off-track ssenaridir və əhəmiyyətli qlenoid sümük itkisi vardır deməkdir. Recurrent dislokasiya riskini hesablamaq üçün məhs bu üsullardan istifadə edərək qlenoid sümük itkisinin radius və sahə əsaslı faizini hesablaya bilərik.



Off-track bipolar lezionlar (Hill-Sacs+Bankart) anteroinferior qlenoid sümük stokunun cərrahi rekonstitusiyası (Latarjet proseduru) və Hill-Sacs lezionunun ölçüsündən asılı olaraq +/- remplissage üsulu ilə müalicə olunurlar.


Misal 2. 21 yaşlı ağırlıq qaldıran atlet.


Aşağıdakı şəkildə Hill-Sacs lezionu qeydə alınır.

Eyni xəstənin çəp frontal görüntülərində glenoid üzərində best-fit dairəsi çəkdiyimizdə qlenoid sümük itkisi qeyd edilmir.



















Glenoid labrum yırtıqları






Bankart lezionu - Qlenoid labral kompleksin anteroinferior aspektinin zədələnməsinə deyilir.

Bankard lezionu anterior dislokasiyanın ən sıx rastlanan ağırlaşmasıdır. Bankard lezionu

çox vaxt Hill-Sacs lezionu ilə əlaqəli qeydə alınır. Kobud desək Bankart lezionu Labrum, əlaqəli qlenohumeral bağ və kapsul zədələnməsinə deyilir. Əgər yanaşı anteroinferior qlenoid sınığı varsa bu halda buna bony Bankart deyilir. Bankart lezionunun iki variantı var: Perthes lezionu ALPSA.


1. Perthes lezionu - anterior qlenohumeral zədələnmələrin növlərindən biridir. Perthes lezionu zamanı anterior inferior labrum qlenoiddən qopur, lakin, intakt periost vasitəsi ilə kürək sümüyünə bitişik qalır. ABER pozisiyasında görüntüləmək bu lezionun müəyyən edilməsinə köməklik edə bilər.



2. ALPSA (anterior labroligamentous periosteal sleeve avulsion və ya medialized Bankard). Bu zaman anterior-inferior labrum qlenoiddən qopur, lakin kürək sümüyünə geniş açılmış intakt periost vasitəsi ilə bitişik qalır. Kürək sümüyü periostuna bitişik qalan labrum medial istiqamətdə kürək sümüyü boynunun ön səthi boyunca rotasiya oluna bilər. ALPSA, daha çox xronik zədələnmənin nəticəsidir. Multipl dislokasiyası olan pasientlərdə ALPSA-nın baş vermə tezliyi artır. ALPSA hallarında MRT müayinəsi zamanı İGHL-in medial və aşağı istiqamətdə yerdəyişməsi baş verir.








GLAD (glenolabrar articular disruption) lezionları - güclü adduksiya zədələnmələri nəticəsində yaranır və anterior inferior oynaq qığırdağı zədələnməsi ilə müşayiət olunan yerdəyişməmiş superfisial anterior-inferior labral yırtıq baş verir. Bu ocaqlar bazu oynağının stabilliyinin pozulması ilə əlaqəli deyil. GLAD lezionları ABER pozisiyasında daha yaxşı vizualizə olunurlar. Oynaq qığırdağı lezionları ən yaxşı MR artroqrafiya ilə vizualizə olunurlar. GLAD ocağına bir görüntü yuxarı çevirdiyimizdə adətən oynaq qığırdağı və anterior labrum MRT müayinəsində normal morfologiyaya malik olur.





POLPSA






Kim lezionları (və ya reverse Perthes lezionu) labral qopma olmadan posterior qlenoid labrum ilə qlenoid oynaq qığırdağı arasında baş verən superfisial yırtıqlardır. Bu lezionun müalicə olunmaması mütəmadi posterior instabilitiyə gətirib çıxara bilər. MRT müayinəsində posterior labrumun yastılaşması və ya natamam ayrılması görünür. Bu lezionları demək olar ki, bench press idmanı ilə məşqul olan hər bir cavan atletdə görə bilərik.

SLAP lezionu (superior labral anterior posterior tears) - biseps vətərinin uzun başının daxil olduğu superior qlenoid labrum zədələnmələridir.














Floating IGHL (i.e. AIGHL - anteroinferior glenohumeral ligament) tear from both humeral and also glenoid labroligamentous detachment and medialization.



GLOM -glenolabral ovoid mass -detached anterior-inferior or anterior labrum migrates superiorly frequently it takes capsule with it to produce a piece of labrum sitting there with some sworling capsular tissue around it and some inflammation to create a oval mass in mid upper quadrant of the shoulder

39 views

Recent Posts

See All

Mekkel divertikulu

Mekkel divertikulu anadangəlmə instestinal divertikuldur. Mekkel divertikulu distal ileum ətrafında olan omfalomezenterik axarın umbilikal sonluğunun fibroz degenerasiyası hesabına baş verir. Bu, mədə

©2018 by Dr Anar Kazimov