Baş beynin maqnit rezonans spektroskopiya müayinəsi

Updated: Oct 10, 2019

Baş beynin maqnit rezonans spektroskopiya müayinəsinin iki növ texnikası mövcuddur:

1. Stimulated Echo Aqcuisition Mode (STEAM)

2. Point Resolved Spectroscopy (PRESS)


STEAM, T2 relaksasiya vaxtı qısa olan proton metabolitlərinin müşahidə olunmasında istifadə olunur (məs. mioinositol, qlutamat, və qlutamin). STEAM texnikasında 20 ms-dən aşağı TE-dən istifadə oluna bildiyi halda PRESS-də istifadə oluna bilməz. Maye rezonans siqnalının daha effektiv supressiya olunması üçün STEAM-dən istifadə oluna bilər. STEAM-in əsas disavantajları xəstənin hərəkətinə çox həssas olmasıdır.

STEAM daha çox T1ağırlıqlı, PRESS texnikası isə daha çox T2 ağırlıqlıdır.

PRESS xəstənin hərəkətinə daha az həssasdır.


Multivolume MRS (chemical shift imaging vəya MR spectroscopic imaging - MRSİ)


MRSİ-in köməyi ilə metabolitlərin siqnal intensivlikləri, pik rezonans sahələri vəya pik sahələrinin və ya siqnal intensivliklərinin nisbətləri görüntü formatına çevrilə bilər və anatomik MR görüntünün üzərinə qoyularaq beynin müayinə olunan sahəsində metabolitlərin keyfiyyət və kəmiyyət (miqdar) baxımından paylanmasını göstərir.


2D və ya 3D MRSİ-in köməyi ilə xüsusi volume of interestdə (VOİ) metabolitlərin məkan paylanmasını xəritələmək olur. PRESS vəya STEAM vurğu ardıcıllıqları boyunca phase-encoding gradientləri tətbiq etməklə eyni vaxtda çoxlu həcmlərdən siqnal qazanıla bilər.


MRS-də TE-ni dəyişmək, əldə olunacaq məlumatın növünü və alınan spektranı dəyişir. İstafadə olunası TE-nin seçilməsi soruşulan klinik suala bağlıdır.







Alzheimer xəstəliyinə şübhə olanda TE 30 ms-dən az olmalıdır, çünkü bu xəstələrdə Mİ/Cr nisbəti nəzərəçarpan dərəcədə artmış olur. Mİ ancaq qısa TE işlətdikdə tədqiq oluna bilər.


Hipoksik hala şübhə varsa TE 144 istifadə olunmalıdır, çünkü əsas sual Laktatın olub-olmamasındadır. Hipoksik hallarda 1.3 ppm MR spektrada Lacın inverted doubleti olmalıdır.


Lezionun şiş olmasından şübhələnirlərsə o zaman TE 135 vəya 270 ms olmalıdır.


Vacib metabolitlərin qiymətləndirilməsi


Uzun TE-də qiymətləndirilən vacib metabolitlər:

1. NAA

<