1-ci MTP oynağı

1-ci MTP oynağının normal funksionallığında medial və lateral sesamoid sümüklərinin böyük rolu vardır. Sesamoidlər plantar plate adlanan bərk fibroz struktura bitişikdirlər. Plantar plate proksimalda oynaq kapsulasına qarışır. Plantar plate distalda proksimal falanqanın əsasına birləşir və adətən bu səviyyədə kiçik sinovial resses görsənir. Plantar plate mərkəzi hissədə nisbətən nazikdir və onun altından flexor hallucis longus vətəri keçir. Plantar platenin sesamoid sümükləri arasında yerləşən arxa orta hissəsinə intersesamoidal bağ deyilir. Plantar plate sesamoid sümüklərə birləşən yerdə qalınlaşır və buna sesamoid falanqeal bağlar deyilir. Qeyd etmək lazımdır ki, plantar platenin intersesamoidal və sesamoid falangeal hissələrinə bağ adının verilməsi ilk növbədə semantik xarakter daşıyır. Çünkü bunlar plantar plate ilə eyni növ fibroz toxumaya malikdirlər.


Kollateral bağ kompleksinə əsas kollateral bağlar və aksessuar sesamoid bağlar aiddir. Aksesuar kollateral bağlar metatarsal sümüyün başından müvafiq sesamoid sümüyünün periferik hissəsinə uzanır. Flexor hallucis brevis vətərlərinin medial və lateral başları proksimalda sesamoidlərə birləşir.


Abduktor hallucis vətəri medial sesamoidin medial kənarına bərk birləşir, distal hissələri kapsulaya və plantar plateyə qarışır. Lateralda adduktor hallucisin köndələn və oblik başları vahid vətər əmələ gətirərək lateral sesamoidin lateral kənarına birləşir və distalda oynaq kapsulasına qarışır.









Flexor hallucis longus vətəri sesamoid sümüklərinin arasından keçərək distal falanqaya uzanır, lakin sesamoid sümüklərə heç bir nöqtədə bitişmir.


Kapsul-bağ-sesamoid kompleksin normal MR anatomiyası


Ağ ox ilə plantar plate göstərilmişdir. Gördüyünüz kimi plantar plate MRT müayinəsində aşağı siqnal intensivliyinə malik nazik struktur kimi görünür. Bildiyimiz kimi plantar plate distalda proksimal falanqanın əsasına birləşir və adətən bu səviyyədə kiçik sinovial resses görsənir. Sinovial resses sarı nazik ox ilə göstərilmişdir. Plantar platenin altından sesamoid sümüklərinin arasından flexor hallucis longus vətəri keçir və distal falanqaya uzanır (qırmızı ox).




Plantar plate periferiyada sesamoid-falangeal bağları əmələ gətirir (sarı oxlar).







Sesamoid sümüklər səviyyəsinə diqqət etsək sesamoidlər arasındakı aşağı siqnal intensivliyinə malik intersesamoidal bağ və onun altında flexor hallucis longus vətərini görəcəyik. Sesamoidlərin aksessuar bağları göstərilmişdir.




4 views

©2018 by Dr Anar Kazimov