Şüa nekrozu
Beyin toxumasının nekrotik deqradasiyasına şüa nekrozu deyilir və adətən beyin və baş-boyun şişlərinə görə şüa müalicəai almış xəstələrdə aylar və hətda illər sonra, şüa müalicəsinin gecikmiş təsiri kimi beyin toxumasında yaranan və perifokal vazogen ödem ilə ağırlaşmış nevroloji disfunksiyaya səbəb olan aktiv kontrastlanan kütlə şəklində təzahür olunur.
Şüa nekrozunun baş vermə səbəblərinə damar zədələnməsi, oliqodendrosit və ağ maddə zədələnmələri və sitotoksik ödem aid edilir.
Psevdoproqressiya - xüsusi ilə Stupp protokolu üzrə müştərək kimyəvi dərman və şüa müalicəsi alan xəstələrdə müalicə bitdikdən bir müddət sonra görülən erkən müalicə effektini ifadə edir.
İstinad:
1. https://radiopaedia.org/articles/cerebral-radiation-necrosis-1