PASİENTLƏRİN NƏZƏRİNƏ

Xahiş edirik sizin üçün təyin olunan vaxtdan 10 dəqiqə əvvəl sizi yönləndirdiyimiz otağın qabağında olun və qapını DÖYMƏYİN. Əməkdaşlar sizi özləri çağıracaqlar. Bəzən MRT cihazında donma baş verir və bu texniki səbəbdən müayinə vaxtınızda gecikmələr ola bilər. Belə hallarda əməkdaşlarımız çıxıb sizi səsləyib məlumat verəcəklər. Xahiş edirik  gecikməyin. Bədənində dəmir protez, süni ürək aparatı və d. tibbi qurğularınız varsa bizə öncədən məlumat verin.

Müayinə nəticələrini nə vaxt əldə edəcəyik?

 

Müayinə nəticələrinizi 1 iş günü sonra 1116-cı otaqda disk və rapor şəklində ala bilərsiz.  

MRT müayinəsinə qəbul necə aparılır?

Müayinəyə gələn xəstələr özləri ilə şəxsiyyət vəsiqəsini və varsa əvvəlki tomoqrafiya müayinələrinin disk və rəylərini səliqəli şəkildə gətirmələri tövsiyyə olunur. Hamilə qadınlar müayinədən əvvəl mütləq şöbənin tibb personalına bu haqda məlumat verməlidirlər.

BU ƏŞYALAR İLƏ MRT CİHAZININ QURAŞDIRILDIĞI OTAĞA GİRMƏK QƏTİ QADAĞANDIR

Apple Vector 2.png
Google Play Vector.png

Müayinə görüntülərini daim online necə əldə edə bilərik?

Müayinə görüntülərinizi limitsiz online əldə etmək üçün aşağıdakı vektorlardan birindən Patient Access tətbiqini telefonunuza yükləyin və Dr. Kazimov provayderini seçin və sizə təqdim olunan rəydə göstərilmiş Access kodunu və təvəllüdünüzü daxil edərək səhifənizə giriş edin. Access code həmçinin Patient ID nömrənizdir. Access code ilə bağlı çətinliyiniz olduqda yuxarıda göstərilən telefon nömrəsinin vatsapına sualınızı yaza bilərsiz. 

me new.png

©2018 by Dr Anar Kazimov