MRT müayinəsi zamanı mən nə hiss edəcəm?

Müayinə olunacaq nahiyənin ətrafına siqnalın gücləndirilməsi məqsədi ilə və MRT cihazına əlavə radiodalğa göndərən və qəbul edən köməkçi ölçü cihazı yerləşdirilir (measuring coil “ing“). Daha sonra xəstə xüsusi avtomatlaşdırılmış, kənardan idarə olunan hərəkətli masa ilə MRT qurğusuna (“boruya”) daxil edilir və radio dalğalarına bənzər elektromaqnit impulslarından istifadə edərək, orqanizmin bu və ya digər hissələri müxtəlif rejimlərdə və istiqamətlərdə (aksial, sagital, koronal kəsiklər) müayinə olunur.

stockimageMRI.jpg

Müayinə müddəti tədqiq olunan nahiyədən asılı olaraq 30-45 dəq. və ya daha çox davam edə bilər. Müayinə zamanı mümkün qədər hərəkətsizliyinizi təmin etməniz və müayinə zamanı həkimin sizə verdiyi nəfəs tutma komandalarına düzgün əməl etməyiniz və metal əşyalarınızı soyunma otağında saxlamağınız müayinənizin daha yüksək keyfiyyətli olmasına gətirib çıxaracaq.