MRT müayinəsi zamanı xəstələr ionlaşan şüalanmaya məruz qalmırlar!

 

MRT müayinəsi zamanı ionlaşan şüalanma olmadığına görə ortalama 30-45 dəqiqə davam edə bilər. MRT müayinəsi zamanı siz fərqli səslər (maqnit səsləri) eşidəcəksiniz. Müayinə zamanı hərəkət etmək görüntü keyfiyyətini aşağı salır. ​

Ehtiyac hallarında müayinə vaxtı sizə damardaxili və ya içməli kontrast maddə təyin oluna bilər. Əgər əvvəllər sizə kontrastlı müayinə aparılıbsa və sizdə buna qarşı allergik reaksiya baş veribsə mütləq bu haqda bizə xəbər edin. Kontrast maddə allergik reaksiya verə bilər. ​

©2018 by Dr Anar Kazimov