Süd vəzilərin MRT müayinəsi
Süd vəzilərinin MRT müayinəsi süd vəzi xərçənginin müəyyən edilməsində ən həssas müayinə metodudur (>90%). Müayinə dinamik bolyus kontrastlı texnikası ilə aparılır. Müayinənin spesifikliyi 72% təşkil edir.
.png)
Süd vəzilərin MRT müayinəsi menstrual tsiklin 2-ci həftəsində, yəni menstruasiya başlayandan 6-14-cü günlər arası icra edilir.
Xahiş edirik müayinəyə yazılmazdan əvvəl bu qaydaya əməl edəsiniz və məhs bu günlərdə müayinəniz üçün növbə tutasınız.
Süd vəzi xərçəngi zamanı MRT müayinəsinə göstərişlər:
ACR skrininq tövsiyələri
-
Yüksək riskli xəstələr
-
Xəstənin anamnezi
-
İrsi faktorlar
-
Yüksık riskli törəmələr: ADH/ALH/LCIS
-
BRCA1 / BRCA2 qenlərinin müsbət olması
-
Li-Fraumeni sindromu + / - birinci dərəcəli qohumluq əlaqəsi
-
Kauden və Bannayana-Riley-Ruvalkabalar sindromu və birinci dərəcəli qohumluq əlaqəsi, ipsilateral və kontralateral süd vəzi xərçəngi zamanı kəsik kənarlarının pozitiv qiymətləndirilməsi
-
Neoadyuvant kimyaterapiya: qalıq törəmənin qiymətləndirilməsi
-
Posterior zədələnmə zamanı döş qəfəsinə invaziyanın qiymətləndirilməsi (pektoralis rezeksiyası edilə bilər, buna görə nəzərə alınmır).
-
III mərhələ süd vəzi xərçəngi – ön dişli əzələ, qabırğa və qabırğaarası əzələlər.