Müayinə vaxtınız gecikə bilər mi?

Bəzən MRT cihazında donmalar olduğu üçün müayinə vaxtınızda gecikmələr ola bilər. Bəzən isə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələri növbədən kənar qəbul etməli olduğumuz üçün sizə təyin olunan müayinə vaxtında gecikmələr ola bilər. Təəssüf ki, bunu əvvəlcədən təxmin etmək olmur. Bunun üçün təmkinli olmağınızı xahiş edirik.

Nəzərinizdə qalsın ki, MRT cihazında ani baş verən nasazlıqlar müayinələrin ləğvinə səbəb ola bilər. Bu zaman sizin üçün başqa günə növbə təyin edə bilərik.