Ağciyərlərin bədxassəli neoplazmaları

Epitelial şişlər

1. Preinvaziv lezionlar

Atipik adenomatoz hiperplaziya

- adenokarsinomanın prekursoru hesab olunur

- alveolyar və respirator bronxiollarda atipik hüceyrələrin yerli proliferasiyasına deyilir

- tipik olaraq 5 mm-dən kiçik olur.

- Ağciyərlərdə tipik olaraq periferik yerləşir. 

- AAH daha çox birincili qeyri-kiçik hüceyrəli karsinoma, xüsusi ilə adenokarsinoma olan xəstələrdə müəyyən olunur

- Yaxşı hüdudlanan solitar və ya çoxsaylı düyünlü buzlu şüşə opasifikasiyaları şəklində görünür və ölçüləri bir neçə mm-dən 2 cm-dək dəyişir. Bu opasifikasiya sahələri bir neçə aydan bir neçə ilədək stabil qala bilər.

- AAH ilə adenokarsinoma oxşar KT görüntüsünə malik olduğu üçün KT müayinəsi ilə bir-birindən ayırd edilmir və rezeksiya olunmaları məsləhət görülür. 

Diffuz idiopatik pulmonar neyroendokrin hüceyrə hiperplaziyası (DİPNECH)

DİPNECH distal bronxlar və ya terminal bronxiollar epitelinin daxilində pulmonar neyroendokrin hüceyrələrin geniş proliferasiyasıdır. Bəzən bu pulmonar neyroendokrin hüceyrələr bronxial və bronxiolyar epitelin bazal membranından kənara uzanaraq 0.5 cm-dən kiçik olduqda tumoreds, 0.5 cm-dən böyük olduqda karsinoid adlanan kiçik lokalizə və ya diffuz aqreqatlar əmələ gətirir. DİPNECH ilə cəlb olunmuş hava yollarında xəstələrin 1/3-ində histoloji müayinədə fibroz obliterativ bronxiolit və peribronxiolar fibroz qeydə alınır. DİPNECH daha çox qadınlarda olur və V-VI dekadada rast gəlinir. Xəstələrin klinik şikayətləri proqressivləşən dispnoye və xronik qeyri-produktiv öskürək şəklində təzahür olunur. 

DİPNECH KT əlamətləri - bronx divarında qalınlaşma və air-trapping səbəbindən mozaik attenuasiya patterni (buzlu şüşə opasifikasiyası və hiperlüsent sahə şəklində xarakterizə olunur. Ölçüləri 2-20 mm diametrində solitar və ya çoxsaylı düyünlər şəklində görünür. 

©2018 by Dr Anar Kazimov