Ağciyər xərçəngi

Ağciyər xərçəngində ən güclü risk faktoru siqaret çəkməkdir. Məlumdur ki, ağciyərin yastı epitel xərçəngi və kiçik hüceyrəli xərçənginin etiologiyasında əsasən siqaret çəkmək durur. Adenokarsinoma isə passiv siqaret çəkən insanlarda qeydə alınır. 

Ağciyər xərçəngində sıx görünən gen mutasiyaları TP53 və KRAS mutasiyalarıdır. Əgər siqaret çəkən insanda KRAS mutasiyası varsa və ya epidermal growth faktor (EGFR) mutasiyası varsa ağciyər adenokarsinoma riski yüksək deməkdir.

Ağciyər xərçənginin histoloji təsnifatı

  1. Qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi 

    • Yastı epitel hüceyrəli karsinoma​

    • Adenokarsinoma

    • Böyük hüceyrəli karsinoma

  2. Kiçik hüceyrəli karsinoma

Ağciyərin yastı epitel karsinoması

Ağciyərin yastı epitel karsinoması bütün ağciyər xərçənglərinin 30%-ni təşkil edir və tipik olaraq mərkəzi bronxlarda yaranır. Ağciyərin yastı epitel karsinoması çox vaxt postobstruktiv pnevmoniya və ya atelektaz şəklində təzahür olunur. Digər histoloji formalarla müqayisədə ağciyərin yastı epitel karsinoması daha çox kavitasiyalar əmələ gətirməyə meyllidir. Kavitasiyalar əsasən iri periferik şişlərdə və kafi differensasiyalı xərçənglərdə olur. Kavitasiyalar tipik olaraq eksentrik, qalın, nahamar divarlı olur. Lakin bəzi nadir hallarda nazik divarlı kavitasiyalara da rast gəlinir. 

Adenokarsinoma

Ağciyərin ən çox rast gəlinən bədxassəli histoloji variasiyası adenokarsinomadır. Bunlar bütün ağciyər xərçənglərinin 50%-ni təşkil edirlər. Ağciyərin adenokarsinoması tipik olaraq periferik yerləşirlər və solid pulmonar düyünlər şəklində təzahür olunurlar. Düyünlər tipik olaraq yumuşaq toxuma attenuasiyasına malik olurlar və parenximal invaziya və əlaqəli fibroz cavab hesabına nahamar və ya spikulyar kənarlara malik olurlar. Buna baxmayaraq təmiz buzlu-şüşə, təmiz solid və ya qarışıq (buzlu-şüşə və solid) attenuasiyalı adenokarsinomalarada sıx rast gəlinir. 

Bu hesabla, qeyri-musin minimal invaziv və lepidik-predominant adenokarsinomalar tipik olaraq solitar buzlu şüşə neoplazmaları və ya hissəvi solid düyünlər şəklində təzahür olunurlar. Asinar, papilyar, mikropapilyar və ya solid-predominant patternlər və invaziv musinoz adenokarsinomalar solid düyünlər şəklində təzahür olunurlar. Buna baxmayaraq invaziv musinoz adenokarsinomalar həmçinin multifokal konsolidativ opasifikasiyalar şəklində də təzahür oluna bilər. 

Buzlu şüşə attenuasiyalı pulmonar düyün şəklində təzahür olunan adenokarsinoma. Qeyri-musinoz minimal invaziv və lepidik predominant qeyri-musinoz adenokarsinomalar solid buzlu şüşə və ya hissəvi solid düyünlər şəklində təzahür oluna bilər.

Bu hesabla, qeyri-musin minimal invaziv və lepidik-predominant adenokarsinomalar tipik olaraq solitar buzlu şüşə neoplazmaları və ya hissəvi solid düyünlər şəklində təzahür olunurlar. Asinar, papilyar, mikropapilyar və ya solid-predominant patternlər və invaziv musinoz adenokarsinomalar solid düyünlər şəklində təzahür olunurlar. Buna baxmayaraq invaziv musinoz adenokarsinomalar həmçinin multifokal konsolidativ opasifikasiyalar şəklində də təzahür oluna bilər. 

Sağ ağciyərin yuxarı payında solid pulmonar düyün şəklində təzahür olunan adenokarsinoma. Asinar, papilyar, mikropapilyar, solid-predominant pattern və invaziv musinoz adenokarsinoma solid düyün şəklində təzahür oluna bilər. 

Çoxsaylı pulmonar düyünlər şəklində təzahür olunan adenokarsinoma. Kiçik pulmonar düyünlər və buzlu şüşə opasifikasiya sahələri göstərilmişdir. Mərkəzi kavitasiya sahələri ilə təzahür olunan düyünlər - Cheerio əlaməti

Pnevmoniyanı təqlid edən adenokarsinoma. Sağ aşağı payda konsolidasiya və buzlu şüşə opasifikasiyası. İnvaziv musinoz adenokarsinoma konsolidativ opasifikasiya şəklində təzahür oluna bilər və adətən multifokal olur.

Düyünlər və konsolidasiya şəklində təzahür olunan adenokarsinoma. KT müayinəsi sağ yuxarı payda pnevmoniyanı təqlid edən opasifikasiya və sol ağciyərdə solid və buzlu şüşə düyünlərini göstərir.

Limfangitis karsinomatozis daha çox adenokarsinomalarda baş verir və radioloji olaraq interlobulyar arakəsmələrin düyünlü qalınlaşması və ya çoxsaylı kiçik pulmonar düyünlər şəklində təzahür olunur. 

Limfangitis karsinomatozis şəklində təzahür olunan ağciyər adenokarsinoması. Bronx divarları və interlobulyar arakəsmələr qalınlaşmışdır. Septaların nodulyar olması bədxassəli prosesdən xəbər verir.